12px13px15px17px
Tarix:31/03/15

"Alibaba" şirkəti yeni rəqəmsal yayım müqaviləsi bağlayıb

Almaniyanın “BMG”  şirkəti rəqəmsal musiqi yayım üzrə Çinin və dünyanın ən böyük  e-ticarət  şirkəti  "Alibaba Group Holding Ltd" ilə müqavilə bağlayıb.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkətın nümayəndəsi bildirib ki, müqavilə "Alibaba" şirkətinə 2,5 milyon müəllif hüququ gətirəcək, bu siyahıya Kayli Minoq, Rollinq Stouns və Jan Mişel Jare kimi məşhur müğənnilərin mahnıları da daxildir.

"Alibaba"  şirkəti musiqi, film və televiziya ilə onlayn media nəhəngi  olmaqda israrlıdır. Şirkətin Çində rəqəmsal məhsul satışlarının potensialı 210 milyard dollar dəyərində qiymətləndirilir, halbuki, ölkənin rəqəmsal istifadəçiləri media kontent üçün pul vermirlər.
 
"Bertelsmann AG" Avropanın ən böyük media kompaniyası öz bəyanatında bildirib ki, "Alibaba Digital Entertainment" BMG yazıçı  və artistlərin, eləcə də “BMG” müştərilərin hüquqlarını pozan mobil servisləri izləyərək  qarşılıqlı tədbirlər görməyə kömək edəcək.
 
Aynur Vəliyeva



Baxış sayı: 862

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024