Tarix:01/04/15
"ICTnews" elektron xəbər xidməti “vedomosti.ru” saytına istinadən bildirir ki, hazırda “Huawei” şirkətinin baş direktoru vəzifəsini tutan Ken Xu deyib ki, şirkət yaxın illərdə beşinci nəsil rabitə texnologiyasının (5G) inkişafına 600 milyon dollar yatıracaq. İndi Çində “4G” texnologiyaları aktiv inkişaf edir, təxminən beş il sonra “5G” texnologiyasından kütləvi istifadə başlanacaq.
“Huawei” smartfon bazarında “Lenovo”, “Xiaomi”, “Coolpad” və “ZTE” kimi şirkətlərlə sərt rəqabət aparır. İnkişaf etməkdə olan ölkələrdə orta və bahalı qiymət kateqoriyalarına məxsus modellərə yüksək tələbat Çin şirkətinin istehlak smartfonları seqmentində uğur əldə etməsinə imkan yaradıb.
Ken Xu izah edib ki, “Huawei” şirkəti gələcəkdə simsiz internet xidmətləri və bank xidmətləri və kənd təsərrüfatı daxil olmaqla ənənəvi iqtisadiyyat sektorlarının inteqrasiyasına köklənməyi planlaşdırır. "Bu sektorların informasiyalaşdırılmasına ehtiyac duyulur" – Xu deyib.
Məlumat üçün bildirək ki, “Huawei” şirkəti 1987-ci ildə keçmiş hərbçi Jen Çjenfeem tərəfindən təsis edilib.
Emil Hüseynov
“Huawei” tədqiqat və işləmələrə xərclərini 33 faiz artırıb
Ötən il “Huawei” şirkətinin elmi tədqiqatlara xərcləri 2013-cü illə müqayisədə 29 faiz yüksələrək 6,6 milyard dollar təşkil edib."ICTnews" elektron xəbər xidməti “vedomosti.ru” saytına istinadən bildirir ki, hazırda “Huawei” şirkətinin baş direktoru vəzifəsini tutan Ken Xu deyib ki, şirkət yaxın illərdə beşinci nəsil rabitə texnologiyasının (5G) inkişafına 600 milyon dollar yatıracaq. İndi Çində “4G” texnologiyaları aktiv inkişaf edir, təxminən beş il sonra “5G” texnologiyasından kütləvi istifadə başlanacaq.
“Huawei” smartfon bazarında “Lenovo”, “Xiaomi”, “Coolpad” və “ZTE” kimi şirkətlərlə sərt rəqabət aparır. İnkişaf etməkdə olan ölkələrdə orta və bahalı qiymət kateqoriyalarına məxsus modellərə yüksək tələbat Çin şirkətinin istehlak smartfonları seqmentində uğur əldə etməsinə imkan yaradıb.
Ken Xu izah edib ki, “Huawei” şirkəti gələcəkdə simsiz internet xidmətləri və bank xidmətləri və kənd təsərrüfatı daxil olmaqla ənənəvi iqtisadiyyat sektorlarının inteqrasiyasına köklənməyi planlaşdırır. "Bu sektorların informasiyalaşdırılmasına ehtiyac duyulur" – Xu deyib.
Məlumat üçün bildirək ki, “Huawei” şirkəti 1987-ci ildə keçmiş hərbçi Jen Çjenfeem tərəfindən təsis edilib.
Emil Hüseynov
Baxış sayı: 612
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır