12px13px15px17px
Tarix:01/04/15

Dünyada internet istifadəçilərinin 5 faizi reklamı bloklamağa üstünlük verir

Məşhur “Adobe” və İrlandiyanın saytlara reklamın bloklanması ilə mübarizə aparmağa kömək edən "PageFair” şirkətləri birgə tədqiqat apararaq ötən il ərzində “Adblock Plus” və “Adblock Edge” kimi proqram təminatı quraşdıran istifadəçilərin sayının 70 faiz artdığını müəyyənləşdiriblər.

Dünyada 140 milyondan çox istifadəçi reklamın onların daxil olduqları saytlarda görünməməsinə üstünlük verir. Bu isə internetə çıxış imkanına malik Yer kürəsi əhalisinin 5 faizi deməkdir.
 
Eyni zamanda ABŞ-ın "Google” və Almaniyanın “RTL” kimi böyük internet şirkətləri reklamdan gəlir əldə etmək üçün istifadə edərək onu bloklayanlarla müxtəlif üsullarla mübarizə aparır. Bir sıra şirkətlər elanların göstərilməsi üçün maneələri dəf etməyə imkan verən texnologiyaların hazırlanmasına milyardlarla dollar vəsait qoyur. “Reklamın bloklanması internet nəşrlərinin gəlirlərinə maddi təsir göstərir. İstifadəçilərin tələb etdiyi azad internet reklamı blok edənlərin sayının artması ilə mövcud ola bilməz”, - “IAB” şirkətinin baş məsləhətçisi Mark Zaneys deyib.
 
Öz növbəsində “Microsoft” korporasiyasının Avropa üzrə reklam biznesinin rəhbəri Endi Hart bildirib ki, elanların görünməsinə imkan verməyən xidmətlər “qıcıqlandırıcı” reklamların sayəsində yaranıb, - “Infocity” yazır.



Baxış sayı: 810

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024