Tarix:01/04/15
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, sorğuya əsasən, istehlakçıların 75 faizdən çoxu öz fərdi məlumatlarını rəqəmli formatda yadda saxlayırlar. Respondentlərin 50 faizindən çoxu iddia edir ki, onların məlumatları qurğularla müqayisədə daha qiymətlidir və onu mühafizə etmək ehtiyacını dərk edirlər. Sorğunun nəticələrinə əsasən, öz şəxsi fotoşəkillərini itirmiş istehlakçılar telefon, kompüter və ya planşet itkisi ilə müqayisədə üç dəfə daha çox məyus olurlar.
Tədqiqata əsasən, istifadəçilərin öz rəqəmli məlumatlarını qiymətləndirmələrinə baxmayaraq, onlar məlumatların bütövlüyünü təmin etmək üçün az səy göstərirlər. Belə ki, rəyi soruşulmuş istifadəçilərin 50 faizdən az hissəsi öz məlumatlarını xarici qurğu və ya "bulud" platformalarında yenidən yadda saxlayırlar; digərləri fərdi məlumatlarını yalnız öz kompüterində yadda saxlayırlar.
Ehtiyat köçürmə sistemindən istifadə edənlərin yalnız 33 faizi öz rəqəmli mühitini tamamilə qoruyur, digərləri sadəcə bəzi faylları köçürür.
Emil Hüseynov
İstifadəçilərin 75 faizdən çox hissəsi öz fərdi məlumatlarını rəqəmli formatda yadda saxlayır
“Acronis” şirkəti adi istifadəçilər arasında keçirilmiş sorğunu yekunlaşdırıb. Tədqiqata əsasən, adi istifadəçilərin öz kompüter və mobil qurğularında informasiyanın mühafizə edilmə dərəcəsi məlum olub. Ümumilikdə sorğunun nəticələri müasir dünyada məlumatların mühafizəsinin vacibliyini göstərib."ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, sorğuya əsasən, istehlakçıların 75 faizdən çoxu öz fərdi məlumatlarını rəqəmli formatda yadda saxlayırlar. Respondentlərin 50 faizindən çoxu iddia edir ki, onların məlumatları qurğularla müqayisədə daha qiymətlidir və onu mühafizə etmək ehtiyacını dərk edirlər. Sorğunun nəticələrinə əsasən, öz şəxsi fotoşəkillərini itirmiş istehlakçılar telefon, kompüter və ya planşet itkisi ilə müqayisədə üç dəfə daha çox məyus olurlar.
Tədqiqata əsasən, istifadəçilərin öz rəqəmli məlumatlarını qiymətləndirmələrinə baxmayaraq, onlar məlumatların bütövlüyünü təmin etmək üçün az səy göstərirlər. Belə ki, rəyi soruşulmuş istifadəçilərin 50 faizdən az hissəsi öz məlumatlarını xarici qurğu və ya "bulud" platformalarında yenidən yadda saxlayırlar; digərləri fərdi məlumatlarını yalnız öz kompüterində yadda saxlayırlar.
Ehtiyat köçürmə sistemindən istifadə edənlərin yalnız 33 faizi öz rəqəmli mühitini tamamilə qoruyur, digərləri sadəcə bəzi faylları köçürür.
Emil Hüseynov
Baxış sayı: 653
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır