12px13px15px17px
Tarix:02/04/15

İnternetdə informasiyanın mövcudluğu insanların öz biliklərini yüksək qiymətləndirməsinə səbəb olur

Müasir dünyada bu və ya digər məsələ ilə bağlı lazımi informasiyanı əldə etmək üçün internetdə axtarış sistemlərindən istifadə edərək müvafiq sorğunu daxil etmək kifayət edir. Lakin bütün mövzularla bağlı məlumatlardan istifadənin mümkünlüyü insanların öz biliklərini yüksək qiymətləndirməsinə gətirib çıxarır.
 
“Gizmodo” şirkətinin məlumatına görə, Yel Universitetinin alimləri minlərlə tələbənin iştirak etdiyi müvafiq araşdırma aparıb.
 
Tədqiqat çərçivəsində doqquz müxtəlif sınaq keçirilərək iştirakçılara internet və ya digər mənbələr vasitəsilə sualları cavablandırmaq təklif olunub. Keçirilən sınaqlardan məlum olub ki, internetdə informasiya axtaran iştirakçılar axtarış mövzusu olmayan suallarda da özlərini daha bilikli hesab ediblər.
 
Məsələn, iclaslardan birində iştirakçılara ildırım çaxmasını izah etmək təklif olunub. Tələbələrin bir qismi suala cavabı internetdə axtarıb, digər qrup həmin məlumatı dərc edilmiş şəkildə alıb. Nəticədə bu iştirakçılardan temperaturun buludlu gecələrdə həmişə buludsuz gecələrdən daha yüksək olmasının izahı tələb olunub. İldırım çaxması ilə bağlı sualı cavablandırmaq üçün internetdən yararlanan iştirakçılardan bir neçəsi əvvəllər bu sualı da cavablandırmaq üçün biliyə malik olmasını hesab edib, halbuki onlardan heç də hamısı düzgün cavab verə bilməyib.  
 
Professor Frenk Kaylın sözlərinə görə, tədqiqatdan məlum olub ki, internetdə istənilən vaxt lazımi məlumatı tapmaq insanların öz biliklərini qiymətləndirməsinə təsir edir.
 
“İnternetdən istifadə sizin malik olduğunuz bilik və real biliyiniz arasında fərqi heç edir. Bu problem mühüm qərarların həllində ciddi rol oynaya bilər”, - tədqiqatçı Metyu Fişer qeyd edib, - "NEWSru” yazır.
 
 



Baxış sayı: 837

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024