12px13px15px17px
Tarix:02/04/15

"Amazon" “ağıllı” ev alətlərini təqdim edib

"Amazon.com İnc" onlayn satış saytının praym  üzvləri üçün məhsulu bir düymə basımı ilə sifariş etmək yeni alət təqdim edib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Dash button" adlanan düyməli  alət  “Wi-Fi” ilə internetə qoşulur. İstifadəçilərə bu xidmət vasitəsi ilə “Tide”, “Huggies” və “Gillette”  kimi məşhur markaların məhsullarını əldə etmək imkanı yaradılıb.
 
"Dash button" üstündə yapışqan ilə təchiz edilir  və evin hər bir yerində asıla bilər.
Hər üç müştəridən biri şirkət tərəfindən e-mail ilə dəvətnamə aldığı halda pulsuz  "Dash button" düyməsini əldə edə bilər.   
 
"Reuters" xəbər saytı hələ ötən ilin sentyabr ayında "Amazon" şirkətinin  “Silicon Valley”də yerləşən  hissəsində "smart"  internet -qoşulma ilə ev qurğularının sınaqları barədə xəbər vermişdi.
 
Aynur Vəliyeva



Baxış sayı: 643

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024