12px13px15px17px
Tarix:02/04/15

“eBay” yeni ödəniş sistemi yaradır

“eBay” internet mağazası yeni ödəniş sistemi yaradır. Birləşdirilmiş platforma "eBay PayPayPay” adlandırılacaq.
 
Mütəxəssislər qeyd edirlər ki, məhsul alıcıya lazım olan bütün ödəniş funksiyalarını özündə cəmləyəcək. Bütün dünya valyutaları, sensorlu autentifikasiya, maqnit texnologiyaları əsasında mobil hesablaşmalar, tranzaksiya məlumatlarının şifrlənməsi "eBay PayPayPay”da bir arada birləşdiriləcək.
 
Qeyd edək ki, “eBay” internet mağazası 1995-ci ildə proqramçı Pyer Omidyar tərəfindən yaradılıb. Mağazada qeydiyyatdan keçmiş istənilən istifadəçi alış-veriş edə bilər. “eBay”da brend şirkətlər də öz mallarını sata bilərlər. Onlar tərəfindən satışa çıxarılan malları adi istifadəçi lotları arasında tapmaq mümkündür. Əvvəllər “eBay”da nəhəng marka və şirkətlər tərəfindən malların birbaşa satılması üçün nəzərdə tutulan ayrıca “brands.ebay.com” bölməsi fəaliyyət göstərib. Bölmə indiyədək aktiv olsa da, orada yerləşdirilən kateqoriyaların əksəriyyəti boşdur.
 
Şirkət həmçinin “PayPal” və “Ebay Enterprise” şirkətlərinin sahibidir. Direktorlar Şurasının qərarına görə, 2015-ci ildə “eBay” “PayPal” sistemini ayrıca şirkətə ayıracaq. Sazişin maliyyə məsləhətçisi qismində "Goldman Sachs”, “Allen & Company” çıxış edir, - “Payspacemagazine” yazır.
 



Baxış sayı: 600

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024