Tarix:02/04/15
Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva bu fikri AMEA Rəyasət Heyəti aparatının II Xüsusi şöbəsində keçirilən növbəti seminar-məşğələdə bildirib.
Qurumun elmi müəssisə və təşkilatlarının mülki müdafiə qərargah rəislərinin iştirakı ilə baş tutan tədbirdə Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva dünyada mövcud olan radiasiya, radioaktiv şüalanmanın yaratdığı təhlükələr, Azərbaycanda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, müxtəlif ionlaşdırıcı şüaların maddələrə, ətraf mühitə, eləcə də canlılara təsirindən, radiasiya təhlükəsizliyinin elmi-texniki əsaslarından söhbət açıb.
Akademiyadan qeyd edilib ki, R.Mehdiyeva ölkədə bu istiqamətdə görülən işlər barədə məlumat verib. Bildirilib ki, ətraf mühitin radioaktiv çirklənmədən mühafizəsi sahəsindəki fəaliyyət “Ekoloji təhlükəsizlik haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunları və bu qanunların icrası ilə əlaqədar hazırlanmış “Ətraf mühit və təbii ehtiyatların monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamə əsasında həyata keçirilir.
Məruzəçi ölkə rəhbərinin “Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2014-cü il 8 may tarixli Sərəncamının əhəmiyyətindən söz açaraq, bu mühüm dövlət sənədinin nüvə texnologiyalarının yaradılması və inkişafına töhfə verəcəyini bildirib.
Həqiqət İSABALAYEVA
Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin fəaliyyəti MAQATE-nin tələblərinə uyğunlaşdırılır
Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin fəaliyyəti respublika qanunvericiliyinə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) tələblərinə uyğunlaşdırılır.Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva bu fikri AMEA Rəyasət Heyəti aparatının II Xüsusi şöbəsində keçirilən növbəti seminar-məşğələdə bildirib.
Qurumun elmi müəssisə və təşkilatlarının mülki müdafiə qərargah rəislərinin iştirakı ilə baş tutan tədbirdə Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva dünyada mövcud olan radiasiya, radioaktiv şüalanmanın yaratdığı təhlükələr, Azərbaycanda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, müxtəlif ionlaşdırıcı şüaların maddələrə, ətraf mühitə, eləcə də canlılara təsirindən, radiasiya təhlükəsizliyinin elmi-texniki əsaslarından söhbət açıb.
Akademiyadan qeyd edilib ki, R.Mehdiyeva ölkədə bu istiqamətdə görülən işlər barədə məlumat verib. Bildirilib ki, ətraf mühitin radioaktiv çirklənmədən mühafizəsi sahəsindəki fəaliyyət “Ekoloji təhlükəsizlik haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunları və bu qanunların icrası ilə əlaqədar hazırlanmış “Ətraf mühit və təbii ehtiyatların monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamə əsasında həyata keçirilir.
Məruzəçi ölkə rəhbərinin “Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2014-cü il 8 may tarixli Sərəncamının əhəmiyyətindən söz açaraq, bu mühüm dövlət sənədinin nüvə texnologiyalarının yaradılması və inkişafına töhfə verəcəyini bildirib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1171
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır