12px13px15px17px
Tarix:02/04/15

“Ultel” Böyük Vətən müharibəsi veteranlarına müraciət edib

"Ultel" MMC rəsmi saytı vasitəsilə 1941-1945-ci illər Böyük Vətən müharibəsi veteranlarına müraciət edib.


Müraciətdə deyilir ki, Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2015-ci tarixli Sərəncamı ilə təsdiq edilmiş "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı"na müvafiq olaraq  aprelin 25-dən mayın 10-dək 1941-1945-ci illər müharibəsi veteranları üçün 107 xidməti üzərindən ödənişsiz şəhərlərarası və beynəlxalq danışıqların həyata keçirilməsi nəzərdə tutulub.

Bununla əlaqədar olaraq "Ultel"-in abunəçisi olan 1941-1945-ci illər müharibəsi veteranlarından xahiş edirik ki, veteran kitabçası və şəxsiyyət vəsiqəsinin əslini aprelin 15-dək "Ultel"-in Abunə şöbəsinə təqdim etsinlər.

CAHANGİR
   



Baxış sayı: 570

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024