12px13px15px17px
Tarix:03/04/15

2016-cı ildə qlobal mobil reklam xərcləri 100 milyard ABŞ dollarını ötəcək

“eMarketer” analitik agentliyinin məlumatına əsasən, 2016-cı ildə dünyada mövcud olan mobil telefon və planşetlərdə göstəriləcək reklama 101,37 milyard ABŞ dolları xərclənəcək ki, bu da  2013-cü illə müqayisədə 430 faiz yüksəkdir. 2016-2019-cu illərdə mobil reklama sərf ediləcək xərclər təxminən iki dəfə yüksələrək 195,55 milyard dollara çatacaq.
 
"ICTnews" elektron xəbər xidməti “searchengines.ru” saytına istinadən bildirir ki, mobil reklama xərclərin artımı mobil qurğuların daima artan populyarlığı hesabına təmin olunur. Gözləntilərə görə, növbəti il dünyada smartfon istifadəçilərinin sayı 2 milyarda çatacaq ki, onların da 25 faizi Çində yaşayacaq. Bu halda inkişaf etməkdə olan bazarlarda bir çox istehlakçılar yalnız mobil qurğular vasitəsilə internetdən istifadə edir və buna görə aparıcı elan verənlər müvafiq olaraq öz rəqəmli xərclərini bölüşdürürlər.
 
Smartfon auditoriyası ilə müqayisədə dünyada planşet istifadəçilərinin sayı bir qədər zəif yüksəlir. Gözləntilərə görə, cari il onların sayı 1 milyardı ötəcək.
 
Yaxın gələcəkdə mobil reklam sahəsinə xərclərin artımı aparıcı dünya bazarlarının (xüsusilə, ABŞ və Çin) hesabına həyata keçiriləcək. 2016-cı ildə amerikalı elan verənlər mobil reklama 40,24 milyard dollar xərcləyəcək ki, bu da 2014-cü illə müqayisədə iki dəfə yüksəkdir. Çin mobil reklama 22,14 milyard dollar xərcləyəcək ki, bu da 2014-cü illə müqayisədə üç dəfə yüksəkdir.
 
Növbəti il Böyük Britaniya, Yaponiya və Almaniya, həmçinin mobil reklama xərclərini xeyli artıracaq, buna görə də 2017-ci ildə ilk dəfə olaraq rəqəmli reklam xərclərinin çox hissəsi mobil qurğuların payına düşəcək.
 
Gözləntilərə görə, növbəti il Kanada və Avstraliya Cənubi Koreyanı ötərək mobil reklam bazarının həcminə görə müvafiq olaraq altıncı və yeddinci pilləni tutacaqlar. 2018-ci ilədək Braziliya dünyanın doqquzuncu mobil reklam bazarı olacaq.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 636

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024