Tarix:03/04/15
Məsələn, 2014-cü ilin sonunda amerikalıların 64 faizi smartfon sahibi olub ki, bu da üç il əvvəl ilə müqayisədə 35 faiz çoxdur. Smartfon sahiblərinin dörddə bir hissəsi (23 faiz) mobil telefona çox pul xərclədiyini bildirib. Bundan başqa, smartfondan asılı istifadəçilərin 48 faizi qeyd edib ki, qiymətin yüksək olmasına görə onlar bu və ya digər xidmətləri söndürür.
Tədqiqatdan mobil telefonlardan istifadə edən amerikalılar haqqında daha bir neçə maraqlı məlumat əldə olunub. Belə ki, rəyi soruşulan 2 min nəfərin 15 faizi deyib ki, smartfon internetə çıxış üçün yeganə vasitədir. Bir o qədər sayda respondentə tarif planı ilə verilən internet trafiki limiti kifayət etmir, 33 faizi isə əksinə, bu limitin onlara mobil dünyaya baş vurmamağa kömək etdiyini bildirib.
Bundan əlavə, smartfon istifadəçiləri arasında ən populyar xidmət növlərindən biri SMS-bildirişlərdir. Respondentlərin 97 faizi hər gün ən azı bir mətnli bildiriş göndərir. Həmçinin 18-29 yaşlı respondentlərin 93 faizi hər gün ən azı bir dəfə zəng etdiyini bildirib.
“Pew Research Center” şirkətinin proqnozuna görə, yaxın vaxtlarda ABŞ-da smartfon istifadəçilərinin sayı durmadan artacaq və burada əsas rolu məhz mobil rabitə xidmətlərinin ucuzlaşdırılması oynayacaq, - "Onliner” yazır.
Amerikalılar smartfondan istifadəni bahalı hesab edirlər
“Pew Research Center” şirkəti ABŞ-da mobil rabitə istifadəçiləri üzərində tədqiqat apararaq maraqlı nəticələr əldə edib.Məsələn, 2014-cü ilin sonunda amerikalıların 64 faizi smartfon sahibi olub ki, bu da üç il əvvəl ilə müqayisədə 35 faiz çoxdur. Smartfon sahiblərinin dörddə bir hissəsi (23 faiz) mobil telefona çox pul xərclədiyini bildirib. Bundan başqa, smartfondan asılı istifadəçilərin 48 faizi qeyd edib ki, qiymətin yüksək olmasına görə onlar bu və ya digər xidmətləri söndürür.
Tədqiqatdan mobil telefonlardan istifadə edən amerikalılar haqqında daha bir neçə maraqlı məlumat əldə olunub. Belə ki, rəyi soruşulan 2 min nəfərin 15 faizi deyib ki, smartfon internetə çıxış üçün yeganə vasitədir. Bir o qədər sayda respondentə tarif planı ilə verilən internet trafiki limiti kifayət etmir, 33 faizi isə əksinə, bu limitin onlara mobil dünyaya baş vurmamağa kömək etdiyini bildirib.
Bundan əlavə, smartfon istifadəçiləri arasında ən populyar xidmət növlərindən biri SMS-bildirişlərdir. Respondentlərin 97 faizi hər gün ən azı bir mətnli bildiriş göndərir. Həmçinin 18-29 yaşlı respondentlərin 93 faizi hər gün ən azı bir dəfə zəng etdiyini bildirib.
“Pew Research Center” şirkətinin proqnozuna görə, yaxın vaxtlarda ABŞ-da smartfon istifadəçilərinin sayı durmadan artacaq və burada əsas rolu məhz mobil rabitə xidmətlərinin ucuzlaşdırılması oynayacaq, - "Onliner” yazır.
Baxış sayı: 653
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib