12px13px15px17px
Tarix:03/04/15

Azərbaycana martda daxil olan beynəlxalq internet trafikin həcmi 155 Gbp/s olub

Azərbaycanın ilkin internet provayderi "Delta Telecom" şirkətinin statistikasına görə, martda ölkəyə daxil olan beynəlxalq internet trafikin həcminin kəskin artımı müşahidə olunub.

"ICTnews" xəbər xidmətinin "Delta Telecom" şirkətinin rəsmi statistikasına istinadən verdiyi məlumata əsasən, ölkəyə daxil olan internet trafikin maksimal həcmi son bir ayda 3 faiz artaraq 155 Gbp/s-dən çox olub. Bu, Azərbaycana cari il üçün daxil olan internet trafikinin həcminin ən yüksək həddidir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 29 faiz artıb.

Ölkənin çıxış trafikinin maksimal həcmi son bir ay ərzində 12,5  faiz artaraq 400 Gbp/s səviyyəsində qalır, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 50 faiz artıb.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 706

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024