Tarix:03/04/15
İttihamın yaxın həftələr ərzində qaldırılacağı gözlənilir.
Avropa Komissiyası ABŞ şirkətini məhsul və xidmətlərinin tanıdılması üçün internet axtarışı bazarında lider mövqeyindən (şirkət Aİ bazarının 90 faizinə sahibdir) sui-istifadədə, eləcə də rəqiblərinin kontentinin surətini çıxarmada, reklamçıların və proqram təminatı tərtibatçılarının fəaliyyətini haqsız məhdudlaşdırmada ittiham edir.
Aİ hakimiyyətinin ittihamı irəli sürəcəyi təqdirdə şirkət üç ay müddətində Aİ qanunvericiliyini pozmaması ilə bağlı sübutlar təqdim etməli və ya mübahisəsinin həlli üçün yeni variant təklif etməli olacaq.
Avropa Komissiyası tərəfindən “Google”un mövqeyi öyrənildikdən sonra yekun qərarın veriləcəyi gözlənilir. Aİ qanunvericiliyinə görə, “Google”un antiinhisar qanunvericiliyini pozması sübuta yetirilsə, şirkət Avropa Komissiyası tərəfindən illik mədaxilin 10 faizini təşkil edən məbləğdə cərimə oluna bilər, - “ NEWSru www.newsru.com” yazır.
Avropa Komissiyası “Google” şirkətini antiinhisar qanunvericiliyi pozmaqda ittiham edir
Avropa Komissiyası ABŞ-ın “Google” internet şirkətinə qarşı antiinhisar qanunvericiliyini pozmaqla bağlı rəsmi ittiham irəli sürmək niyyətindədir.İttihamın yaxın həftələr ərzində qaldırılacağı gözlənilir.
Avropa Komissiyası ABŞ şirkətini məhsul və xidmətlərinin tanıdılması üçün internet axtarışı bazarında lider mövqeyindən (şirkət Aİ bazarının 90 faizinə sahibdir) sui-istifadədə, eləcə də rəqiblərinin kontentinin surətini çıxarmada, reklamçıların və proqram təminatı tərtibatçılarının fəaliyyətini haqsız məhdudlaşdırmada ittiham edir.
Aİ hakimiyyətinin ittihamı irəli sürəcəyi təqdirdə şirkət üç ay müddətində Aİ qanunvericiliyini pozmaması ilə bağlı sübutlar təqdim etməli və ya mübahisəsinin həlli üçün yeni variant təklif etməli olacaq.
Avropa Komissiyası tərəfindən “Google”un mövqeyi öyrənildikdən sonra yekun qərarın veriləcəyi gözlənilir. Aİ qanunvericiliyinə görə, “Google”un antiinhisar qanunvericiliyini pozması sübuta yetirilsə, şirkət Avropa Komissiyası tərəfindən illik mədaxilin 10 faizini təşkil edən məbləğdə cərimə oluna bilər, - “ NEWSru www.newsru.com” yazır.
Baxış sayı: 654
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib