12px13px15px17px
Tarix:07/09/11

“Yahoo” şirkətinin rəhbəri istefaya göndərildi

“Yahoo”nun İdarə heyəti şirkətin icraçı direktoru Kerol Bartsın çıxarılması haqqında məlumat verib. Qərar artıq rəsmən qüvvəyə minib.

Xanım Barts 2009-cu ilin yanvar ayında Cerri Yanqı əvəz edərək “Yahoo” rəhbəri vəzifəsini tutub. “Yahoo” şirkətinə gəlişinə qədər o, 14 il ərzində “Autodesk”də müxtəlif vəzifələrdə çalışıb.

Vaxtı ilə “Fortune” jurnalı Kerol Bartsı 50 ən nüfuzlu qadın-biznesmen siyahısına daxil edib.

İstefanın səbəbi haqda dəqiq məlumat verilmir. Lakin onun hələ “Yahoo” şirkətində icraçı direktor vəzifəsinə təyinatı zamanı analitiklər bildirmişdilər ki, xanım Bartsın internet-biznes və media xidmətləri inkişaf etdirmək təcrübəsi yoxdur.

Hər halda, “Yahoo”nun icraçı direktor vəzifəsi müvəqqəti olaraq şirkətin maliyyə direktoru Timoti Morzeyə həvalə olunub. Eyni zamanda İdarə heyəti “Yahoo” şirkətinin yeni daimi rəhbərinin axtarışına başlayıb.



Baxış sayı: 1588

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024