12px13px15px17px
Tarix:03/04/15

Azərbaycan internet xidmətləri bazarında hansı provayder liderdir?

“Delta Telecom” şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, hesabat dövründə, ənənəvi olaraq reytinqdə ilk beşliyə “Bakinternet”, “Aztelekom”, “Uninet”, “Azeronline”, “DataPlus” şirkətləri daxil olublar.

Belə ki, son bir ay ərzində “Bakinternet” dövlət internet provayderinin bazar payı 27,56 %, “Aztelekom”un isə 17,03% təşkil edib. Eyni zamanda,  “Uninet”in payı cüzi artaraq 10,67% təşkil edib.
Digər provayderlərin isə bazar payında əksinə azalma qeydə alınıb. Belə ki, hesabat dövründə “Azeronline”nın bazar payı 7,1%, “Dataplus” şirkətinin 4,86 %, “Connect” şirkətinin 4,35%, “Azqtel”in 2,97% təşkil edib.
Bazarda yeni internet provayder fəaliyyətinə başlayan “KATV1” kabel televiziyası provayderinin təsisçisi “AG Telecom” şirkəti isə qısa zaman ərzində bazarın payı 5,13% əldə edib.

Növbəti yerlərdə  2,86% bazar payı ilə “Ultel”, 3,19%  “Castel”, 1,58%  “Adanet”, 2,26% “Azstarnet”, 2,26 “Smart”, 1,28% “Avirtel”, 1,19%  “Azeurotel” qərarlaşıb. Qeyd edək ki, adı çəkilməyən digər provayderlər bazarda çox kiçik 1%-dək paya malikdirlər.

Məlumat üçün bildirək  ki, ümumilikdə ölkədə hazırda 31-dən çox internet provayder fəaliyyət göstərir.

 
Aynur Vəliyeva



Baxış sayı: 1018

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024