12px13px15px17px
Tarix:03/04/15

2014-cü ildə sosial media seqmentində qlobal reklam bazarının 75 faizi “Facebook”un payına düşüb

“Strategy Analytics” tədqiqat şirkətinin analitikləri bildiriblər ki, 2014-cü ildə sosial media seqmentində qlobal reklam bazarının həcmi ötən illə müqayisədə 41 faiz yüksələrək 15,3 milyard dollar təşkil edib. “Facebook” əvvəlki kimi bu bazarda lider mövqeyə malikdir.
 
"ICTnews" elektron xəbər xidməti “searchengines.ru” saytına istinadən bildirir ki, 2014-cü ildə sosial şəbəkələrdə qlobal reklam xərclərinin 75 faizi “Facebook”un payına düşüb. 2014-cü ildə 1,2 milyard dollar qazanmış “Twitter”in payı 8 faiz təşkil edib.
 
“Strategy Analytics”in analitiklərinin proqnozuna görə, cari ilin sonuna sosial mediada dünya reklam bazarının həcmi 19.8 milyard dollara və 2016-cı ilin sonuna 24,2 milyard dollara çatacaq.
 
Tədqiqat şirkətinin hesabatına əsasən, 2014-cü ildə sosial şəbəkə istifadəçilərinin sayı ilk dəfə 2 milyard nəfəri ötüb. Onların 68 faizini “Facebook”un auditoriyası təşkil edir. Sosial şəbəkə istifadəçilərinin 25 faizi Çində yaşayır.
 
Hesabatın digər nəticələri aşağıdakılardır:
 
  • Sosial şəbəkə istifadəçilərinin təxminən 46 faizi Asiya-Sakit okean regionunda yaşayır.
  • 2014-cü ildə Şimali Amerikada sosial şəbəkə istifadəçilərinin sayı ilə ölkə əhalisi arasında nisbət 64 faiz təşkil edib.
  • Sosial media seqmentində dünya reklam xərcləri üzrə ən yüksək göstərici ABŞ-ın payına (41 faiz) düşüb.
  • Böyük Britaniya sosial media seqmentində reklam həcminə görə ikinci bazardır.
  • 2015-ci ildə dünyada sosial şəbəkə istifadəçilərinin sayı 2,2 milyard nəfərədək artaraq dünya əhalisinin 31 faizini təşkil edəcək.
  • 2019-cu ilin sonuna bu göstərici 2,72 milyard nəfərədək artaraq planetin əhalisinin 36 faizini təşkil edəcək.
 
Emil Hüseynov




Baxış sayı: 815

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024