12px13px15px17px
Tarix:03/04/15

"Microsoft" sənəd skaner proqramının “İOS” və “Android” versiyalarını təqdim edib

Sənədin şəklini çəkdikdən sonra onun üstündə redaktə etmək imkanını verən  məşhur "Office Lens" proqramı “iPhone” və “Android” cihazlarının istifadəçiləri üçün əlçatan olub.
 
“ICTnews” xəbər xidmətinin "TechCrunch" saytına istinadən verdiyi məlumata əsasən,  bu günədək proqram “Windows” platforması üzərində işləyən cihazlar tərəfindən dəstəklənirdi.
 
"Microsoft " şirkətinin yeni strategiyasına əsasən,  məqsədi “Windows” platformasını   dəstəkləməsindən asılı olmayaraq əlavələri  “iOS” və “Android” smartfonlarına gətirmək və proqram təminatlarını mümkün qədər çox  cihazlara quraşdırmaqdır.
 
"Office Lens"  əlavəsi smartfon kamerasından skaner kimi istifadə etməyə imkan verir, belə ki, menyunun, reseptin və ya biznes kartın şəklini çəkdikdən sonra dərhal dəyişiklik edərək "Microsoft"un “OneNote” və ya “OneDrive” bulud yaddaş proqramına göndərir.
 
Proqram şəkli  “Word”  faylı, “PowerPoint” prezentasiyası və ya “PDF” faylı kimi yadda saxlamağa, eyni zamanda,  optik tanıma xüsusiyyətini istifadə edərək mətni axtarış və redaktə etməyə imkan verir. Proqramı bu  gündən “iOS” və “Android” smartfon istifadəçiləri pulsuz yükləyə bilərlər.
 
Aynur Vəliyeva



Baxış sayı: 954

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024