12px13px15px17px
Tarix:06/04/15

“Samsung” və “SK Telecom” “5G” şəbəkəsi və "Əşyaların interneti" konsepsiyası üzərində birgə işləyəcək

“Samsung” və “SK Telecom” şirkətləri qabaqcıl mobil qurğu və rabitə texnologiyalarının hazırlanması məsələləri üzrə qarşılıqlı anlaşma haqda müqavilə imzalayıblar.

"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, şirkətlər beşinci nəsil (5G) yüksək sürətli mobil şəbəkələrin işə salınmasını sürətləndirmək məqsədilə səylərini birləşdirmək niyyətindədirlər. “SK Telecom” və “Samsung” artıq millimetrlik diapazondan istifadə edən və məlumatların 7,55 Qbit/s-dək sürətlə ötürülməsini təmin edən “5G” rabitə sistemini sınaqdan keçirirlər. Şirkətlərin hesablamalarına əsasən, yeni nəsil şəbəkələr təxminən 2020-ci ildə kommersiya istismarına veriləcək.

Bundan başqa, “SK Telecom” və “Samsung” şirkətlərinin mütəxəssisləri ən müxtəlif qurğuların internetə qoşulmasını nəzərdə tutan "Əşyaların interneti" konsepsiyasının inkişafı ilə məşğul olacaq.

“Samsung” şirkətinin nümayəndəsi bildirib ki, 2017-ci ilədək şirkətin bütün məhsullarının 90 faizi internet vasitəsilə məlumat mübadiləsi imkanına malik olacaq. Beş il sonra Cənubi Koreya nəhənginin hər bir elektron qurğusu sözügedən funksiya ilə təchiz ediləcək.

Emil Hüseynov
 

 



Baxış sayı: 704

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024