12px13px15px17px
Tarix:06/04/15

İstifadəçilərin 45 faizi saytlarda “Facebook” profillərinin köməyi ilə qeydiyyatdan keçirlər

“Janrain” şirkətinin hesabatına əsasən, “Facebook” kənar saytlarda qeydiyyat üçün sosial şəbəkənin hesabından istifadə edən istifadəçilərin auditoriyasını artırmağa davam edir.

"ICTnews" elektron xəbər xidməti “searchengines.ru” saytına istinadən bildirir ki, cari ilin birinci rübündə “Facebook”un bazar payı 45 faizə çatıb. Sözügedən bazarda ikinci “oyunçu” olan “Google”un payı 37 faizədək azalıb. Başqa sosial media iştirakçılarının payı dəyişməyib: sözügedən bazarın heç bir “oyunçusu” kənar saytlarda qeydiyyat üçün hesab üzrə 5 faizdən çox toplamağa nail olmayıb.

“Janrain” şirkətinin marketinq və məhsul üzrə vitse-prezidenti Ceymi Beklend hesab edir ki, “Facebook”un nailiyyəti istifadəçilərin mobil tətbiqlərdən istifadəsinin artımı ilə bağlıdır.

Emil Hüseynov



Baxış sayı: 554

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024