12px13px15px17px
Tarix:06/04/15

Azərbaycan aliminin müasir informasiya iqtisadiyyatının əsas probleminə həsr olunan məqaləsi WSI-yə daxil edilib

Azərbaycan aliminin müasir informasiya (rəqəmsal) iqtisadiyyatının əsas probleminə həsr olunan məqaləsi “World Scientists Index”-ə (WSI) daxil edilib.
 
Belə ki, rəqəmsal iqtisadiyyatına keçidin əsası informasiya-kommunikasiya texnologiyalarının (İKT) iqtisadiyyatın müxtəlif subyektlərinin iqtisadi inkişafına və ilk növbədə, regionların  iqtisadi inkişafına təsirinin qiymətləndirilməsi problemidir.
 
 
Problem olduqca çox mürəkkəbdir və bu günə qədər çox saylı müzakirələrin predmetini təşkil edir, eyni zamanda 25 ildən çox iqtisadi təcrübədə “R. Sollou paradoksu” kimi məlumdur. Problem çoxfaktorlu, qeyri-müəyyən və dinamik xarakterlidir və ekonometrikanın ənənəvi üsullarının köməyilə həll olunmur.
İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri Qarayev Robert Əsədulla oğlunun “Choice of a Strategy of Regional ICT-management. Cognitive  Paradigm”  (International Journal of Managing Information Technology. Vol.5, No.3, August 2013) məqaləsində problemin həlli üçün  yeni yanaşma təklif olunur.
 
Yanaşma İKT-nin iqtisadi təsirinin qiymətləndirilməsi, həmçinin bu təsirin idarə olunması, ümumiyyətlə, İKT-menecmentin effektiv bərqərar olunmasına geniş imkanlar açan koqnitiv modelləşdirmənin ideya və üsullarına əsaslanıb.
 
 
Qeyd edək ki, R. Qarayev 13 ildən çoxdur ki, koqnitiv texnologiyalar ilə məşğul olur. Bu sahədəki işlərinə görə o, 2003-cü ildə Rusiya Elmlər Akademiyasının Diplomuna və akademik N.P. Fedorenkonun İqtisadi Tədqiqatlar Beynəlxalq Elm Fondunun qrantına layiq görülüb.
 
Alimin “Menecment kolsaltinqin koqnitiv alətləri” (İdarəetmənin nəzəriyyə və praktika problemləri, № 4, 2012) məqaləsi rus saytlarında yerləşdirilib və 51097 istifadəçi tərəfindən yüklənilib. Hal-hazırda məqalə Rusiya, Ukrayna, Belorus, Qazaxıstanın ali məktəblərinin kitabxana saytlarında yerləşdirilib.       
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 942

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024