12px13px15px17px
Tarix:06/04/15

Noutbuklar yığcam kompüter qurğuları bazarında liderliyini itirəcək

“ABI Research” analitik şirkətinin yeni tədqiqatına əsasən, planşetlər yığcam kompüter qurğuları bazarının ən böyük kateqoriyasına çevriləcək.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin proqnozuna əsasən, bir çox mütəxəssislərin etirafına görə, noutbukların əsas rəqibi olan planşetlər 2015-ci ilin sonunadək baxılan bazarın çox hissəsinə nəzarət edəcək. Noutbukların bazar payı 51 faizdən (2013) 48 faizədək (2015) azalacaq və növbəti ilin sonunadək 47 faizədək azalma olacaq. Bu kateqoriyada geriləmə qurğuların əvəzedilməsinin uzun müddəti, həmçinin başqa cihazlar tərəfindən güclü rəqabətlə bağlıdır.
 
Bununla belə, mütəxəssislər bildirirlər ki, noutbuklar özündə yüksək məhsuldarlıqla yığcamlığı birləşdirirlər və bu planda hələ ki onların rəqibi yoxdur. “ABI Research” şirkətinin analitiki Stefan Van Vaktor əmindir ki, tədarüklərin artımının olmamasına və bazar payının gələcək azalmasına baxmayaraq noutbuklar dəbdən düşməyəcək.
 
Emil Hüseynov



Baxış sayı: 809

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024