“Startap Azərbaycan 2015” müsabiqəsinə 22 startap buraxılıb
“Startap Azərbaycan” Təşkilat Komitəsində bu il müsabiqəyə təqdim edilən 34 startap layihəsinin müsabiqəyə buraxılması və qiymətləndirilməyə təqdim edilməsi məsələsinə baxılıb.“ICTnews” xəbər xidmətinin layihənin təşkilat komitəsinə istinadən verdiyi məlumata əsasən, “Startap Azərbaycan” TK tərəfindən müsabiqə qaydalarına uyğun olaraq qeydiyyatdan keçən və zəruri sənədləri təqdim edən 22 startap müsabiqəyə qəbul edilib və artıq ilkin qiymətləndirmə üçün ekspertlərə təqdim olunub.
Müsabiqəyə təqdim edilən startapların siyahısı “www.startup.az” resursunda yerləşdirilib.
Ekspertlər qaydalara uyğun olaraq startapların ilkin qiymətləndirilməsini bir həftə müddətində həyata keçirəcək və onların dəyərləndirməsi əsasında yarımfinalçılar müəyyən olunacaq.
Yarımfinalçıların təqdim etdikləri biznes planlar əsasında ekspertlər aprel ayının sonunadək finalçıları müəyyən edəcəklər.
Finala çıxan startaplarla investorların qapalı görüşünün iyunun sonunda keçirilməsi nəzərdə tutulub.
“Startap Azərbaycan” Yekun Təqdimat mərasiminin və ənənəvi “Startap Azərbaycan 2015” Milli Konfransının may ayının əvvəlində keçirilməsi planlaşdırılır.
“Startap Azərbaycan” layihəsi Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir.
“Startap Azərbaycan” layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, “Elektron hökumət” portalının operatoru – Məlumat Hesablama Mərkəzi və Yüksək Texnologiyalar Parkı dəstək verir. “Startap Azərbaycan”ın akademik partnyoru ADA Universitetidir. “İnfiPro”, “SİNAM”, “SMART Systems”, “Cybernet” və “Happy Baku” şirkətləri “Startap Azərbaycan”a dəstək verirlər.
Aynur Vəliyeva
Baxış sayı: 893
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır