12px13px15px17px
Tarix:07/04/15

"Google" şirkətinin "wireless" planı Avropada rouminqsiz reallaşacaq

"Google" şirkəti simsiz internet planını yaymaq üçün Böyük Britaniyanın "Three" telekomu ilə danışıqlar aparır. Bu plana əsasən, ABŞ vətəndaşları xaricdə olarkən rouminq ödəməsi etməyəcəklər.
 
“ICTnews” xəbər xidmətinin "The Telegraph" xəbər agentliyinə istinadən verdiyi məlumata əsasən, səsli zəng, mətnli  ismarış  və internet  bağlantısı olan istehlakçı  olduğu yerdən asılı olmayaraq  əlavə rouminq ödənişi etməyəcək.
 
Xəbər "Google" şirkətinin  simsiz internet planını  təsdiqlədikdən bir ay keçməmiş yayılıb.
 
Layihənin rəhbəri Sundar Pichayın dediyinə görə, "az miqyasda" layihəsi eksperiment kimi başlayacaq və "Google" şirkətinə simsiz interneti birbaşa istifadəçilərə satmağa imkan verəcək.
 
Qeyd edək ki, "Three" telekomu Böyük Britaniyada və bir neçə ayrı ölkələrdə idarə edən "Hutchinson Whamopoa"  şirkəti ilə  öz istifadəçilərinə bu bazarda əlavə ödənişsiz servis təklif edir.
"Google" şirkətinin Avropada eyni addımı atması yaxın gələcəkdə gözlənilmir və buna səbəb Avropa Telekommunikasiya daşıyıcılarının öz aralarında rəqabətə görə  rouminq ödəməsinin cüzi olmasıdır.
"Hutchinson"  şirkətinin "Three"  müştəriləri üçün rouminq ödəmələrini ləğv etmək planlarını "Google" şirkətinin  təbii tərəfdaşı kimi qəbul etmək olar.
 
Aynur Vəliyeva



Baxış sayı: 652

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024