12px13px15px17px
Tarix:07/04/15

Televizor və kompüter uşaqlarda görmə qabiliyyətini korlamır

Bir çox insanlar əmindir ki, oxuma, televizoru izləmə və kompüter monitoru qarşısında saatlarla oturmaq xüsusilə uşaqlarda görmə qabiliyyətini korlayır. Ancaq alimlərin yeni tədqiqatı bu stereotipi alt-üst edib. ABŞ-da keçirilmiş çoxillik genişmiqyaslı tədqiqat nəticəsində məlum olub ki, uşaqlarda uzağı görməmə və ekran arasında heç bir əlaqə yoxdur.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, ötən həftə “JAMA Ophtalmology” jurnalında dərc edilmiş tədqiqat Ohayo ştatında yerləşən dövlət universitetinin alimləri tərəfindən aparılıb. Onlar 20 il ərzində 6-11 yaş aralığında 4500 uşağı müşahidə ediblər.
 
Nəticədə alimlər uzağı görməmənin inkişafı və ekran qarşısında keçirilən vaxt arasında heç bir əlaqə aşkar etməyib. Ekranadək məsafə, həmçinin təsirsizdir. 20 il ərzində sınaqda müxtəlif texnologiyalar üzrə hazırlanmış müxtəlif nəsil ekranlardan istifadə edilib: hətta ən köhnə modellər görmə qabiliyyətinə mənfi təsir göstərməyib.
 
"Uzun illər televizor və kompüter uzağı görməmənin inkişafının əsas səbəbi hesab edilib. Bizim tədqiqatımız sübut etdi ki, belə əlaqə yoxdur" –  tədqiqat müəlliflərindən biri yazıb.
 
Emil Hüseynov



Baxış sayı: 587

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024