12px13px15px17px
Tarix:07/04/15

Pentaqon “IPv6” protokolunun tətbiqini qeyri-müəyyən müddətə təxirə salıb

ABŞ Müdafiə Nazirliyi “IP” protokolunun yeni versiyası olan “IPv6” protokoluna keçid üzrə planı həyata keçirə bilməyib. Bu barədə nazirliyin saytında dərc edilən hesabatda deyilir.
 
İlk dəfə Pentaqon “IPv6” protokoluna 2008-ci ildə keçmək istəyib. O zaman nazirlik potensial təhlükəsizlik təhdidləri və ixtisaslı əməkdaşların çatışmazlığı səbəbindən yeni texnologiyanın tətbiqindən imtina etmək qərarına gəlib.
 
Hesabata görə, hazırkı “IPv4” protokolu müasir tələblərə cavab vermir. “IPv6”-ya keçid qoşunlara döyüş meydanında portativ kompüter şəbəkələrini operativ qurmağa imkan verə bilər.
 
Qeyd olunur ki, “IPv6” internet şəbəkəsinin işini təmin edən “IPv4” protokolunu əvəz etməlidir. İndiki sistem təxminən 4,3 milyard unikal İP ünvanını təyin etməyə imkan verir ki, bu da “Əşyaların interneti”nin bütün mobil qurğularının işinin təmini üçün yetərli deyil. “IPv6” daha çox ünvan sayına (7,9х1028) şərait yaradacaq ki, bu da hər qurğuya unikal ünvan təyin etməyə imkan verəcək.
 
Bildirilir ki, nazirlik “IPv6”-nın tətbiqi üçün kifayət qədər səy göstərməyib. Bu, silahlı qüvvələrin döyüş hazırlığına mənfi təsir göstərə bilər. Protokolun yeni versiyasına keçid üçün məsul olan şəxslər diqqəti istifadədə olan resurslara yönəltmək barədə qərar qəbul edərək "IPv6”-nın tətbiqini uzun müddətə təxirə salıblar. Nəticədə Müdafiə Nazirliyi döyüş meydanında "IPv6”-nın üstünlüklərini tətbiq edə bilmir. Bundan başqa, "IPv6”-ya keçidin daha da yubadılması maliyyə itkilərinə səbəb olacaq, - "SecurityLab” yazır.   
 



Baxış sayı: 625

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024