12px13px15px17px
Tarix:08/04/15

Kosmosun mənimsənilməsi üçün texnologiyaların hazırlanması üzrə forum keçiriləcək

ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) və “IBM” şirkəti kosmosun mənimsənilməsi üçün texnologiyaların hazırlanması üzrə dördüncü illik hakaton keçirəcək.

İkigünlük tədbirə dünyadan 10 minə yaxın iştirakçı cəlb olunaraq onların qarşısında dörd mövzu üzrə 25 tapşırıq qoyulacaq. Tapşırıqlar Yer planeti, kosmik məkan, insanlar və robot texnikası ilə bağlı mövzulara həsr olunacaq. 
 
“IBM” iştirakçıları “bulud” texnologiyalı servislər ilə təmin edəcək. Bundan başqa, iştirakçılar “NASA” tərəfindən təqdim olunan məlumatların saxlandığı "Watson” superkompüterindən istifadə edə biləcəklər.
 
Tədbirə "Google”, “Microsoft” və “Intel” şirkətləri dəstək verir.
 
Dünyanın 136 şəhərini təmsil edən hakaton iştirakçıları birlikdə təklif olunan mövzular üzrə proqram təminatı, mobil əlavələr, aparat vasitələri, emal və məlumatların vizuallaşdırılması platformalarını hazırlayacaq. “NASA” münsiflər heyəti qalibi beş nominasiyada, o cümlədən “Ən ilhamlandırıcı layihə” və “Məlumatlardan daha yaxşı istifadə” nominasiyalarında seçəcək. İşləmələr kosmik agentliyin müxtəlif layihələrinə daxil ediləcək.
 
Məlumat üçün bildirək ki, hakaton (hackathon) proqram tərtibatçılarının proqramlaşdırma forumudur. Vəzifəsi lazımi proqram resurslarının təcili yaradılmasından ibarət olan forum adətən seçilmiş sahələrin birinə həsr olunur, - "Lenta” yazır.
 



Baxış sayı: 660

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024