Nazirin birinci müavini: " İlk gündən mobil rabitə bazarında şəffaf rəqabət mühiti yaradılıb"
"Azerfon" şirkəti yeni "Nar Garden" brend konsepsiyasına uyğun SİM kartlarını və ödəniş kartlarını satışa çıxarıb və dükanlarının dizaynını yeniləyir.
Yeni "Nar" loqosunun və "Nar Garden" brend konsepsiyasının media nümayəndələri üçün təqdimatında rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov bildirib ki, "Azerfon" şirkəti Azərbaycan mobil rabitə bazarına sonuncu daxil olan operator olduğu üçün onun bu bazarda fəaliyyəti daha çətin olub.
"Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ilk gündən mobil rabitə bazarında şəffaf rəqabət mühiti yaradılıb. Bu kontekstdə digər operatorlar kimi, "Azerfon" şirkətinə də güzəştlər təqdim edilib. Digər iki mobil operator da ilkin mərhələdə yeni operatorun bazarda yer tutmasına kömək ediblər. Artıq bu gün "Azerfon" şirkətinin LTE texnologiyası üzərindən daha keyfiyyətli xidmət göstərməsi mümkündür. Hazırda Azərbaycanda stasionar, mobil, peyk rabitəsi sahəsində dayanıqlı şəbəkələr qurulub və bir telefon üzərindən bütün xidmətlərdən istifadə imkanı yaradılıb",- deyə nazir müavini qeyd edib.
Öz növbəsində şirkətin rəhbəri Kent Maknili bildirib ki, ötən il şirkətin şəbəkəsində 25 faizlik artım qeydə alınıb.
"Bizim əsas fəaliyyətimiz və inkişafımız dörd istiqamət üzrə həyata keçirilir. Bu şəbəkənin təkmilləşdirilməsi, abunəçilərimizin marağına uyğun şəkildə tarif siyasətinin aparılması, innovasiyaların tətbiqi və təşviqi, müştəri xidmətlərinin daim yaxşılaşdırılmasıdır. Hesab edirəm ki, biz bu sahələrdə yetərincə uğur qazanmışıq",- deyə şirkətin rəhbəri qeyd edib.
Aynur Vəliyeva
Baxış sayı: 576
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır