Tarix:08/04/15
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov tənzimləyici orqanın texnologiyaların və innovasiyaların inkişaf etdirilməsi tərəfdarıdır.
“Biz bu gün “WhatsApp”a qadağa qoysaq, onda gərək “Skype” və digər servisləri də qadağan edək. Azərbaycanda internet azaddır və bu gün 40-dan çox provayder lisenziyasız fəaliyyət göstərir və bu xidmətlər onların şəbəkəsi üzərindən fəaliyyət göstərir. Bu xidmətlərin qarşısının alınması inkişafın qarşısını almaq anlamına gəlir və belə bir məsələ nazirliyin gündəliyində yoxdur”, - deyə nazir müavini qeyd edib.
Qeyd edilən tətbiqlərin mobil rabitə operatorlarının şəbəkəsi üzərindən pulsuz yazılı, səsli mesajların mübadiləsinin aparılması və hətta artıq zənglərin edilməsi üçün nəzərdə tutulduğundan ilkin mərhələdə bu, yerli mobil operatorların narahatlığına səbəb olub. Lakin bu gün artıq mobil internet istifadəçilərinin sayı günü-gündən artır və bu servislər sayəsində istifadəçilər mobil internetə daha çox maraq göstərirlər və daha çox trafik istifadə edirlər. Nəticə olaraq operatorlar səsli mobil rabitə xidmətlərindən əldə etdikləri gəlirləri itirsələr də, data xidmətlərindən əldə etdikləri gəlirlər bunu ödəyir.
Aynur Vəliyeva
Azərbaycanda mobil tətbiqlərin qadağan olunması məsələsi müzakirə olunmur
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil şəbəkə üzərindən fəaliyyət göstərən “WhatsApp” kimi əlavə proqramların istifadəsinə qadağa qoymaq niyyətində deyil.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov tənzimləyici orqanın texnologiyaların və innovasiyaların inkişaf etdirilməsi tərəfdarıdır.
“Biz bu gün “WhatsApp”a qadağa qoysaq, onda gərək “Skype” və digər servisləri də qadağan edək. Azərbaycanda internet azaddır və bu gün 40-dan çox provayder lisenziyasız fəaliyyət göstərir və bu xidmətlər onların şəbəkəsi üzərindən fəaliyyət göstərir. Bu xidmətlərin qarşısının alınması inkişafın qarşısını almaq anlamına gəlir və belə bir məsələ nazirliyin gündəliyində yoxdur”, - deyə nazir müavini qeyd edib.
Qeyd edilən tətbiqlərin mobil rabitə operatorlarının şəbəkəsi üzərindən pulsuz yazılı, səsli mesajların mübadiləsinin aparılması və hətta artıq zənglərin edilməsi üçün nəzərdə tutulduğundan ilkin mərhələdə bu, yerli mobil operatorların narahatlığına səbəb olub. Lakin bu gün artıq mobil internet istifadəçilərinin sayı günü-gündən artır və bu servislər sayəsində istifadəçilər mobil internetə daha çox maraq göstərirlər və daha çox trafik istifadə edirlər. Nəticə olaraq operatorlar səsli mobil rabitə xidmətlərindən əldə etdikləri gəlirləri itirsələr də, data xidmətlərindən əldə etdikləri gəlirlər bunu ödəyir.
Aynur Vəliyeva
Baxış sayı: 1197
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı