12px13px15px17px
Tarix:09/04/15

Kənd təsərrüfatı sektoruna aid müəssisə və obyektlərin, sahibkarlıq subyektlərinin məlumat bazası yaradılacaq

Bu il ərzində kənd təsərrüfatı sektoruna aid müəssisə və obyektlərin, sahibkarlıq subyektlərinin məlumat bazası yaradılacaq.
 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu məlumat Azərbaycan Prezidentinin 2015-ci il 3 aprel tarixli Sərəncamı ilə təsdiqlənən “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda yer alıb.
 
 
Məlumat bazasının yaradılması üzrə işlərin icraçıları olaraq Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye, Vergilər nazirlikləri və Dövlət Statistika Komitəsi müəyyən olunub.
 
CAHANGİR
 



Baxış sayı: 645

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024