Tarix:09/04/15
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, MHM və “Amrahbank” arasında bağlanılan müqaviləyə əsasən vətəndaşlar bankın filiallarında quraşdırılmış xüsusi terminallar vasitəsilə “Elektron hökumət” portalının xidmətlərindən istifadə edə biləcəklər. E-xidmətlərin yüksək səviyyədə təşkili üçün ilk növbədə bank işçilərinə portal üzrə praktiki biliklər aşılanıb.
Belə ki, MHM-in əməkdaşları Esmira Muradova və Seymur Məmmədov portaldan və elektron imzadan istifadəni əyani nümayiş etdirib. Təlim çərçivəsində kredit əməliyyatlarının sadələşdirilməsinə xidmət edən elektron arayışlar və digər müvafiq xidmətlər test edilməklə bu xidmətlərin praktiki mahiyyəti iştirakçıların nəzərinə çatdırılıb. Təlim iştirakçıların sualları əsasında müzakirələrlə davam edib.
Qeyd edək ki, artıq “Amrahbank” MHM-ə müraciət edərək portala qoşulmaq istəyini bildirib. Tezliklə “Amrahbank”a müraciət edən vətəndaşlar da bankın müvafiq xidmətlərindən yararlanmaq üçün tələb olunan arayışları portal üzərindən elektron formada banka ünvanlaya biləcəklər.
CAHANGİR
“Elektron hökumət” üzrə daha bir təlim baş tutub
“Elektron hökumət” üzrə növbəti təlim “Amrahbank”ın əməkdaşları ilə keçirilib.Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, MHM və “Amrahbank” arasında bağlanılan müqaviləyə əsasən vətəndaşlar bankın filiallarında quraşdırılmış xüsusi terminallar vasitəsilə “Elektron hökumət” portalının xidmətlərindən istifadə edə biləcəklər. E-xidmətlərin yüksək səviyyədə təşkili üçün ilk növbədə bank işçilərinə portal üzrə praktiki biliklər aşılanıb.
Belə ki, MHM-in əməkdaşları Esmira Muradova və Seymur Məmmədov portaldan və elektron imzadan istifadəni əyani nümayiş etdirib. Təlim çərçivəsində kredit əməliyyatlarının sadələşdirilməsinə xidmət edən elektron arayışlar və digər müvafiq xidmətlər test edilməklə bu xidmətlərin praktiki mahiyyəti iştirakçıların nəzərinə çatdırılıb. Təlim iştirakçıların sualları əsasında müzakirələrlə davam edib.
Qeyd edək ki, artıq “Amrahbank” MHM-ə müraciət edərək portala qoşulmaq istəyini bildirib. Tezliklə “Amrahbank”a müraciət edən vətəndaşlar da bankın müvafiq xidmətlərindən yararlanmaq üçün tələb olunan arayışları portal üzərindən elektron formada banka ünvanlaya biləcəklər.
CAHANGİR
Baxış sayı: 682
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır