12px13px15px17px
Tarix:09/04/15

Bezdirici reklam SMS-ləri filtrdən keçirmək mümkün olacaq

Ölkədə mobil telefon abunəçilərinə göndərilən kütləvi reklam mesajları onların səbəb olduqdan və bununla bağlı Milli Məclisdə deputatlar tərəfindən tənqidi çıxışlar edildikdən sonra mobil operatorlar tərəfindən filtrasiya sisteminin tətbiqi gündəmə gəlib.
 
Azərbaycanın ən böyük mobil operatorlarından biri olan “Azercell” şirkəti öz müştəri məmnunluğunu artırmaq məqsədi ilə artıq SMS-lərin filtrasiyasını aparmaq qərarına gəlib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına görə, sözügedən şirkət ölkədə ilk dəfə olaraq müştəriləri üçün xüsusi SMS filtrasiyasının tətbiqinə başlayıb.
 
 “Azercell”dən verilən məlumata görə, SMS filtrini tətbiq etməklə abunəçilərin nömrələrinə gələn reklam SMS-lərin qarşısını almaq mümkündür. Abunəçi SMS filtrasiya xidmətindən çox asanlıqla yararlana bilər.
 
 Belə ki, abunəçi 9005 qısa nömrəsinə STOP mətnli və yaxud boş SMS göndərməklə, arzuolunmaz reklam mətnlərinin öz nömrəsinə gəlməsini dayandıra bilər.
 
Qeyd edək ki, belə SMS göndərişi zamanı nömrənin balansından heç bir məbləğ çıxılmır.
 
 
SEYMUR



Baxış sayı: 714

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024