Tarix:09/04/15
Bu barədə “ICTnews” xəbər xidmətinə birliyin baş direktorunun müavini Xankişi Kişiyev məlumat verib. O bildirib ki, paytaxtın Binəqədi rayonu ərazisində ATS-561/562-də tutumu 352 istifadəçisi üçün “FTTx” standartı ilə “Məhəlləyə kimi” genişzolaqlı xidmətləri göstərən optik şəbəkə quraşdırılıb:
Yeri gəlmişkən qeyd edim ki, 2015-ci ilin I rübündə 624 portluq ADSL avadanlığı quraşdırılıb. Bu da əhalidə artan tələbata cavab vermək məqsədi ilə həyata keçirilib. Bu gün sözügedən ərazidə qurulan şəbəkə sistemi imkan verir ki, əhalinin müraciətləri dərhal həll olunsun və onlara genişzolaqlı xidmətlər göstərilsin”.
X.Kişiyev qeyd edib ki, aparılan işlər təkcə Binəqədi rayonu ilə kifayətlənməyib, eyni zamanda Bakının digər rayonlarında da əlavə avadanlıq quruculuğu həyata keçirilib. Onun sözlərinə görə, Nəsimi rayon ərazisində ATS-564/565-də də tutumu 352 istifadəçisi üçün “FTTx” standartı ilə “Məhəlləyə kimi” genişzolaqlı xidmətləri göstərən optik şəbəkə qurulub.
Direktor müavini əlavə edib ki, eyni səpkili quruculuq işləri Yasamal rayonunda da reallaşdırılıb. Belə ki, bu ərazidə ATS-594/595-in xidməti ərazisində “Qlobus Plaza”da tutumu 420 istifadəçisi üçün “FTTx” standartı ilə “Məhəlləyə kimi” genişzolaqlı xidmətləri göstərən optik şəbəkə quraşdırılıb, ATS-lər üzrə 576 nömrə artırılıb: “2015-ci ilin I rübündə XDSL standartı ilə 1852 nömrə avadanlıq quraşdırılıb. Bu da əhalinin tələbatını qarşılamağa imkan verən məqamlardandır”.
X.Kişiyev əlavə edib ki, Nizami rayonu ərazisində ATS-421/422 xidməti ərazisində yeni 1856 nömrəlik yeni ATS quraşdırılıb. Eyni zamanda ATS-lər üzrə 2608 nömrə artırılıb. Cari ilin I rübündə 2264 portluq ADSL avadanlığı quraşdırılıb:
“Sabunçu rayonu ərazisində tələbat artdığında burda da tutumların artırılması həyata keçirilib. Belə ki, Yeni Balaxanıda tutumu 1888 nömrə olan ATS quraşdırılıb, Y/Suraxanı ATS-nin tutumu 608 nömrə, Şuşa qaçqınları ATS-nin tutumu isə 128 nömrə artırılıb. Cari ilin I rübündə 892 portluq ADSL avadanlığı quraşdırılıb. Eləcə də Xəzər rayonu ərazisində 456 saylı Binə ATS-nin tutumu 480 nömrə, Albalılıq ATS-nin tutumu 608 nömrə, Şağan ATS-nin tutumu 32 nömrə artırılıb. 2015-ci ilin I rübündə 779 portluq ADSL avadanlığı quraşdırılıb. Bununla yanaşı, Qaradağ rayonu ərazisində 2015-ci ilin I rübündə XDSL standartı ilə 160 nömrə avadanlıq qurulub”.
Seymur Qasımbəyli
BTRİB əhalinin genişzolaqlı xidmətlərə artan tələbatını qarşılamaq üçün əlavə avadanlıq quraşdırıb
Hazırda Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) şəbəkəsində son mildə (abunəçi xətt şəbəkəsində) “FTTx” sistemi ilə optik şəbəkə avadanlığı geniş tətbiq edilir.Bu barədə “ICTnews” xəbər xidmətinə birliyin baş direktorunun müavini Xankişi Kişiyev məlumat verib. O bildirib ki, paytaxtın Binəqədi rayonu ərazisində ATS-561/562-də tutumu 352 istifadəçisi üçün “FTTx” standartı ilə “Məhəlləyə kimi” genişzolaqlı xidmətləri göstərən optik şəbəkə quraşdırılıb:
Yeri gəlmişkən qeyd edim ki, 2015-ci ilin I rübündə 624 portluq ADSL avadanlığı quraşdırılıb. Bu da əhalidə artan tələbata cavab vermək məqsədi ilə həyata keçirilib. Bu gün sözügedən ərazidə qurulan şəbəkə sistemi imkan verir ki, əhalinin müraciətləri dərhal həll olunsun və onlara genişzolaqlı xidmətlər göstərilsin”.
X.Kişiyev qeyd edib ki, aparılan işlər təkcə Binəqədi rayonu ilə kifayətlənməyib, eyni zamanda Bakının digər rayonlarında da əlavə avadanlıq quruculuğu həyata keçirilib. Onun sözlərinə görə, Nəsimi rayon ərazisində ATS-564/565-də də tutumu 352 istifadəçisi üçün “FTTx” standartı ilə “Məhəlləyə kimi” genişzolaqlı xidmətləri göstərən optik şəbəkə qurulub.
Direktor müavini əlavə edib ki, eyni səpkili quruculuq işləri Yasamal rayonunda da reallaşdırılıb. Belə ki, bu ərazidə ATS-594/595-in xidməti ərazisində “Qlobus Plaza”da tutumu 420 istifadəçisi üçün “FTTx” standartı ilə “Məhəlləyə kimi” genişzolaqlı xidmətləri göstərən optik şəbəkə quraşdırılıb, ATS-lər üzrə 576 nömrə artırılıb: “2015-ci ilin I rübündə XDSL standartı ilə 1852 nömrə avadanlıq quraşdırılıb. Bu da əhalinin tələbatını qarşılamağa imkan verən məqamlardandır”.
X.Kişiyev əlavə edib ki, Nizami rayonu ərazisində ATS-421/422 xidməti ərazisində yeni 1856 nömrəlik yeni ATS quraşdırılıb. Eyni zamanda ATS-lər üzrə 2608 nömrə artırılıb. Cari ilin I rübündə 2264 portluq ADSL avadanlığı quraşdırılıb:
“Sabunçu rayonu ərazisində tələbat artdığında burda da tutumların artırılması həyata keçirilib. Belə ki, Yeni Balaxanıda tutumu 1888 nömrə olan ATS quraşdırılıb, Y/Suraxanı ATS-nin tutumu 608 nömrə, Şuşa qaçqınları ATS-nin tutumu isə 128 nömrə artırılıb. Cari ilin I rübündə 892 portluq ADSL avadanlığı quraşdırılıb. Eləcə də Xəzər rayonu ərazisində 456 saylı Binə ATS-nin tutumu 480 nömrə, Albalılıq ATS-nin tutumu 608 nömrə, Şağan ATS-nin tutumu 32 nömrə artırılıb. 2015-ci ilin I rübündə 779 portluq ADSL avadanlığı quraşdırılıb. Bununla yanaşı, Qaradağ rayonu ərazisində 2015-ci ilin I rübündə XDSL standartı ilə 160 nömrə avadanlıq qurulub”.
Seymur Qasımbəyli
Baxış sayı: 1010
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır