12px13px15px17px
Tarix:09/04/15

Texniki Universitetin “Elektron təhsil sistemi”nin dayanıqlı işləməsi məsələsi müzakirə olunub

“Ultra Technologies” şirkətinin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olub.
 
Universitetdən verilən məlumata görə, şirkətin nümayəndələri ilə görüş zamanı Koreyanın “KOICA” şirkətinin AzTU-da quraşdırıb istifadəyə verdiyi “Elektron təhsil sistemi”nin dayanıqlı işləməsi barədə məsələ müzakirə edilib. Elektron idarəetmə sistemlərinin fəaliyyətinin təşkili və həmin qurğulara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşan “Ultra” şirkətinin nümayəndələri görüş zamanı haqqında danışılan sistemin fəaliyyətinə nəzarət etmək, texniki xidmət göstərmək və tənzimləməklə bağlı öz fikir və mülahizələrini bildiriblər.
 
Görüşdə “Ultra” şirkəti  ilə əməkdaşlığın yaradılması və “Elektron təhsil sistemi”nə nəzarət və xidmət göstərilməsində şirkətin mütəxəssislərindən istifadə edilməsi qərara alınıb.
 
CAHANGİR



Baxış sayı: 667

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024