Tarix:10/04/15
“WhatsApp” messencerinə tələbatın artmasını nəzərə alsaq, şirkətin planları işlək mobil operatorlara ciddi problem yaradır.
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, çoxistiqamətli funksiyaların (məzmun hostinqi, əvvəlcədən sifariş etmək, onlayn sifarişlər) birləşməsi hesabına kompleks platformaya çevrilməyə çalışan başqa messencerlərdən (“WeChat”, “Kik” və “Facebook Messenger”) fərqli olaraq, “WhatsApp” öz rabitə təyinatı istiqamətində çalışır.
“Ovum” tədqiqat şirkətinin telekommunikasiya analitiki Pamela Klark Dikson iddia edir ki, hazırda Almaniyada təxminən 20 milyon mobil abunəçi “WhatsApp” messencerinin “Windows Phones” və “iOS” platformaları üçün zəng funksiyasını sınaqdan keçiriblər. Beləliklə, başqa messencerlərlə (“Line”, “Viber” və ya “Skype”) ilə müqayisədə “WhatsApp” mobil operatorların gəlirinə daha ciddi təsir edə bilər. Analitikin fikrincə, bu, “AT&T” və ya “Vodafone” kimi telekommunikasiya şirkətləri üçün yaxşı xəbər deyil.
Hazırda “WhatsApp” messencerinin aktiv istifadəçilərinin sayı aylıq 700 milyonu ötür. Analitiklərin proqnozuna əsasən, indiki templə ilin sonunadək bu göstərici 1 milyardı ötəcək.
Emil Hüseynov
İnternet zəng funksiyasını tətbiq edən “WhatsApp” mobil telefoniyanı dəfn edə bilər
Dünyanın ən populyar messenceri olan “WhatsApp” mobil telefoniyanı dəfn etməyə hazırlaşır: şirkət cari ilin martında “Android” istifadəçiləri üçün internet zəng funksiyasını tətbiq edib, “iPhone” və “Windows Phone” aparatlarının sahibləri növbədədir.“WhatsApp” messencerinə tələbatın artmasını nəzərə alsaq, şirkətin planları işlək mobil operatorlara ciddi problem yaradır.
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, çoxistiqamətli funksiyaların (məzmun hostinqi, əvvəlcədən sifariş etmək, onlayn sifarişlər) birləşməsi hesabına kompleks platformaya çevrilməyə çalışan başqa messencerlərdən (“WeChat”, “Kik” və “Facebook Messenger”) fərqli olaraq, “WhatsApp” öz rabitə təyinatı istiqamətində çalışır.
“Ovum” tədqiqat şirkətinin telekommunikasiya analitiki Pamela Klark Dikson iddia edir ki, hazırda Almaniyada təxminən 20 milyon mobil abunəçi “WhatsApp” messencerinin “Windows Phones” və “iOS” platformaları üçün zəng funksiyasını sınaqdan keçiriblər. Beləliklə, başqa messencerlərlə (“Line”, “Viber” və ya “Skype”) ilə müqayisədə “WhatsApp” mobil operatorların gəlirinə daha ciddi təsir edə bilər. Analitikin fikrincə, bu, “AT&T” və ya “Vodafone” kimi telekommunikasiya şirkətləri üçün yaxşı xəbər deyil.
Hazırda “WhatsApp” messencerinin aktiv istifadəçilərinin sayı aylıq 700 milyonu ötür. Analitiklərin proqnozuna əsasən, indiki templə ilin sonunadək bu göstərici 1 milyardı ötəcək.
Emil Hüseynov
Baxış sayı: 730
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib