12px13px15px17px
Tarix:10/04/15

Amerikalı yeniyetmələrin 71 faizi “Facebook”dan istifadə edir

“Facebook” ABŞ-da yeniyetmələr arasında ən populyar sosial şəbəkə olaraq qalır. “Pew Research Center” yazır ki, 13-17 yaş aralığında olan amerikalı istifadəçilərin 71 faizi sosial şəbəkənin istifadəçiləridir.

Sonrakı yerlərdə “Instagram” (52 faiz), “Snapchat” (41 faiz), “Twitter” (33 faiz), “Google” (33 faiz), “Vine” (24 faiz) və “Tumblr” (14 faiz) qərarlaşıb.

"ICTnews" elektron xəbər xidməti “searchengines.ru” saytına istinadən bildirir ki, yaşlı amerikalılar “LinkedIn” və “Pinterest” sosial şəbəkələrinə daha çox diqqət ayırırlar, yeniyetmələr isə “Instagram” və “Snapchat”a üstünlük verirlər.

Tədqiqat nəticəsində, həmçinin məlum olub ki, yeniyetmələr internetin aktiv istifadəçiləridir. Respondentlərin 92 faizi bildirib ki, onlar hər gün internetə daxil olurlar, 24 faizi isə, demək olar, həmişə internetdədirlər.
Yeniyetmələr internetdə vaxtlarının çox hissəsini sosial şəbəkələrdə keçirirlər. Respondentlərin 89 faizi bir və ya bir neçə sosial platformanın istifadəçisidir.

Emil Hüseynov



Baxış sayı: 682

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024