Tarix:10/04/15
Bu barədə dünyada 14 min nəfər arasında sorğu keçirən "ING" şirkətinin hesabatında deyilir. Bu gün mobil qurğu (smartfon və ya planşet) sahibi olan avropalıların 33 faizi mobil ödəniş əlavələrdən istifadə edirsə, 2015-ci ildə bu rəqəm 51 faizədək artacaq.
Mobil əlavələrdən daha çox Türkiyə və Polşada istifadə olunur. Bu ölkələrdə mobil qurğu sahiblərinin müvafiq olaraq 56 və 43 faizi telefon və ya planşet vasitəsilə ödəniş etməyə üstünlük verir. Niderland dünyanın ən inkişaf etmiş mobil bankçılıq bazarı seçilib. Bu göstərici üzrə ikinci yerdə ABŞ, üçüncüdə Böyük Britaniya qərarlaşıb.
Ümumilikdə rəyi soruşulan avropalıların yarısı bildirib ki, onlar son 12 ayda nağd ödənişlərdən az istifadə etməyə başlayıb. Banknot və qəpiklərdən hamıdan tez Türkiyə, Polşa və İtaliya sakinləri imtina edir.
"Nağd pullardan cəmiyyətdə hələ də geniş istifadə olunmasına baxmayaraq mobil ödəniş əlavələri istehlakçılara maliyyə vəsaitlərini idarə etməkdə daha çox sərbəstlik verir. Mobil bankçılıq əlavələrində pul axınının daim görünməsi də istifadəçilərə vəsaitlərini yaxşı idarə etməyə şərait yaradır", - "ING"-in baş iqtisadçısı İen Brayt deyib, - "Payspacemagazine" yazır.
Avropalılar mobil ödənişlərdən həvəslə istifadə edirlər
Proqnozlara görə, 185 milyon Avropa istehlakçısı növbəti 12 ay ərzində ödənişlər etmək üçün mobil əlavələrdən istifadə edəcək.Bu barədə dünyada 14 min nəfər arasında sorğu keçirən "ING" şirkətinin hesabatında deyilir. Bu gün mobil qurğu (smartfon və ya planşet) sahibi olan avropalıların 33 faizi mobil ödəniş əlavələrdən istifadə edirsə, 2015-ci ildə bu rəqəm 51 faizədək artacaq.
Mobil əlavələrdən daha çox Türkiyə və Polşada istifadə olunur. Bu ölkələrdə mobil qurğu sahiblərinin müvafiq olaraq 56 və 43 faizi telefon və ya planşet vasitəsilə ödəniş etməyə üstünlük verir. Niderland dünyanın ən inkişaf etmiş mobil bankçılıq bazarı seçilib. Bu göstərici üzrə ikinci yerdə ABŞ, üçüncüdə Böyük Britaniya qərarlaşıb.
Ümumilikdə rəyi soruşulan avropalıların yarısı bildirib ki, onlar son 12 ayda nağd ödənişlərdən az istifadə etməyə başlayıb. Banknot və qəpiklərdən hamıdan tez Türkiyə, Polşa və İtaliya sakinləri imtina edir.
"Nağd pullardan cəmiyyətdə hələ də geniş istifadə olunmasına baxmayaraq mobil ödəniş əlavələri istehlakçılara maliyyə vəsaitlərini idarə etməkdə daha çox sərbəstlik verir. Mobil bankçılıq əlavələrində pul axınının daim görünməsi də istifadəçilərə vəsaitlərini yaxşı idarə etməyə şərait yaradır", - "ING"-in baş iqtisadçısı İen Brayt deyib, - "Payspacemagazine" yazır.
Baxış sayı: 638
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır