12px13px15px17px
Tarix:10/04/15

Yeni virtual valyuta təqdim olunub

Beynəlxalq Valyuta Fondu yeni "Dot Money” virtual valyutasını təqdim edib.
“Dot Money” virtual valyuta olmaqla "Bitcoin” rəqəmli pulunda tətbiq olunan oxşar texnologiyadan istifadə edir.  
 
Bildirilir ki, yeni kriptovalyuta dünya iqtisadiyyatını sabitləşdirməyə kömək etmək, insanları və ölkələri yerli valyutaların devalvasiyasından qorumaq məqsədilə hazırlanıb. “Dot Money”dən dünyanın hər yerində internetə məcburi qoşulmadan istifadə etmək mümkün olacaq.
 
“Bitcoin” valyutasından fərqli olaraq “Dot Money” hökumət, hüquq-mühafizə orqanları, bank və maliyyə müəssisələri ilə əməkdaşlıq edərək fəaliyyət göstərəcək mərkəzi inzibatçıya malikdir.
 
Ekspertlərin fikrincə, kriptovalyutalar ənənəvi bank sisteminin gəlirləri üçün təhlükə yaratmaqda davam edir, - "Payspacemagazine yazır.

 



Baxış sayı: 901

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024