Tarix:11/04/15
Bu fikri AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov İTİ-də keçirilən elmi-praktiki seminarda bildirib.
“AzScienceNet şəbəkəsinin inkişaf mərhələləri, mövcud infrastrukturu və xidmətləri” mövzusunda məruzə ilə çıxış edən baş mühəndis AMEA korporativ şəbəkəsi əsasında yaradılmış “AzScienceNet” elm-kompüter şəbəkəsinin elmi-tədqiqat, elmi-praktiki və tədris məsələlərinin həyata keçirilməsində AMEA-nın institut və təşkilatlarını genişzolaqlı İnternet xidmətləri ilə təmin etdiyini söyləyib. “AzScienceNet”-in AMEA-nın əməkdaşlarına “Wi-Fi”, “Eduroam”, “Cloud Computing, Hosting”, e-mail, distant təhsil və s. xidmətlər göstərdiyini diqqətə çatdırıb:
“2011-ci ilin sonlarında şəbəkə əsasında AMEA-nın institut və təşkilatlarında meydana çıxan strateji əhəmiyyətli böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həlli üçün DATA yaradılıb. İKT infrastrukturu və xidmətləri, o cümlədən genişzolaqlı internetin inkişaf etdirilməsi, optik şəbəkəyə əsaslanan genişzolaqlı infrastrukturun qurulması Azərbaycanda informasiya cəmiyyətinin inkişaf etdirilməsi ilə bağlı əsas hədəflərdən biridir. “AzScienceNet” də öz fəaliyyəti ilə bu istiqamətdə görülən işlərə yaxından dəstək verir”.
Həqiqət İSABALAYEVA
RYTN-in dəstəyi ilə “AzScienceNet”-in şəbəkə infrastrukturunun 95 faizi fiber-optik kabel əsasında qurulub
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi ilə “AzScienceNet”-in şəbəkə infrastrukturunun 95 faizi fiber-optik kabel əsasında qurulub. Şəbəkənin texniki imkanlarının artırılmasından sonra internetə qoşulma sürəti 270 Mbit/san-yə çatdırılıb və indiyə kimi 4000-ə yaxın kompüter “AzScienceNet” şəbəkəsinə qoşulub.Bu fikri AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov İTİ-də keçirilən elmi-praktiki seminarda bildirib.
“AzScienceNet şəbəkəsinin inkişaf mərhələləri, mövcud infrastrukturu və xidmətləri” mövzusunda məruzə ilə çıxış edən baş mühəndis AMEA korporativ şəbəkəsi əsasında yaradılmış “AzScienceNet” elm-kompüter şəbəkəsinin elmi-tədqiqat, elmi-praktiki və tədris məsələlərinin həyata keçirilməsində AMEA-nın institut və təşkilatlarını genişzolaqlı İnternet xidmətləri ilə təmin etdiyini söyləyib. “AzScienceNet”-in AMEA-nın əməkdaşlarına “Wi-Fi”, “Eduroam”, “Cloud Computing, Hosting”, e-mail, distant təhsil və s. xidmətlər göstərdiyini diqqətə çatdırıb:
“2011-ci ilin sonlarında şəbəkə əsasında AMEA-nın institut və təşkilatlarında meydana çıxan strateji əhəmiyyətli böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həlli üçün DATA yaradılıb. İKT infrastrukturu və xidmətləri, o cümlədən genişzolaqlı internetin inkişaf etdirilməsi, optik şəbəkəyə əsaslanan genişzolaqlı infrastrukturun qurulması Azərbaycanda informasiya cəmiyyətinin inkişaf etdirilməsi ilə bağlı əsas hədəflərdən biridir. “AzScienceNet” də öz fəaliyyəti ilə bu istiqamətdə görülən işlərə yaxından dəstək verir”.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 620
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır