Tarix:11/04/15
Bu ayın 13-14-ü tarixlərində baş tutacaq səfəri çərçivəsində Priisalu ADA Universitetində “İnformasiya əsrində milli təhlükəsizlik: informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təhlükəsizlik mülahizələri” adlı beynəlxalq konfransda məruzəçi qismində iştirak edəcək. Kibercinayətkarlıqla mübarizə və kibertəhlükəsizlik sahəsində 20 ildən artıq təcrübəsi olan Priisalu bu sahədə dünya üzrə nüfuzlu ekspertlərdən hesab olunur.
O, həmçinin Estoniyada kibermühitin təhlükəsizliyini qoruyan və öz ətrafında könüllü İT mütəxəssisləri birləşdirən Estoniya Müdafiə Liqasının Kiber Birləşməsinin Tallin İdarəsinin həmtəsisçisi və rəhbəri vəzifəsini də daşıyır.
Priisalu aprelin 14-də Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilati dəstəyi ilə Yüksək Texnologiyalar Parkında “Kiberəməkdaşlığın təşkili” mövzusunda açıq mühazirə də keçirəcək. Mühazirə saat 17:30-da başlayacaq.
SEYMUR
NATO-nun kibertəhlükəsizlik məsələləri üzrə eksperti Yüksək Texnologiyalar Parkında mühazirə keçirəcək
NATO-nun Kibertəhlükəsizlik Mərkəzinin baş tədqiqatçısı və Estoniyanın İnformasiya Sistemləri İdarəsinin keçmiş baş direktoru Yaan Priisalu Azərbaycana işgüzar səfər edəcək.Bu ayın 13-14-ü tarixlərində baş tutacaq səfəri çərçivəsində Priisalu ADA Universitetində “İnformasiya əsrində milli təhlükəsizlik: informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təhlükəsizlik mülahizələri” adlı beynəlxalq konfransda məruzəçi qismində iştirak edəcək. Kibercinayətkarlıqla mübarizə və kibertəhlükəsizlik sahəsində 20 ildən artıq təcrübəsi olan Priisalu bu sahədə dünya üzrə nüfuzlu ekspertlərdən hesab olunur.
O, həmçinin Estoniyada kibermühitin təhlükəsizliyini qoruyan və öz ətrafında könüllü İT mütəxəssisləri birləşdirən Estoniya Müdafiə Liqasının Kiber Birləşməsinin Tallin İdarəsinin həmtəsisçisi və rəhbəri vəzifəsini də daşıyır.
Priisalu aprelin 14-də Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilati dəstəyi ilə Yüksək Texnologiyalar Parkında “Kiberəməkdaşlığın təşkili” mövzusunda açıq mühazirə də keçirəcək. Mühazirə saat 17:30-da başlayacaq.
SEYMUR
Baxış sayı: 919
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır