Tarix:13/04/15
Bu istiqamətdə AMK zəngin axtarış imkanlarına malik, dünyanın və Rusiyanın aparıcı "elibrary.ru" elektron elmi kitabxanasının rusdilli informasiya ehtiyatlarına abunə olub. "elibrary.ru" platformasında Rusiyanın universal xarakterli (müxtəlif elm sahələrinə dair) elmi jurnallarının elektron versiyalarının tam mətnlərindən oxucuların istifadəsi məqsədi ilə Oxuculara xidmət şöbəsinin elmi zallarında – "Dövri mətbuat", "Humanitar", "Dəqiq və texniki elmlər" zallarında, "Lokal şəbəkədən istifadə" üzrə oxu zalında olan kompüterlərə yüklənərək oxucuların istifadəsinə verilib.
Bundan başqa, Milli Kitabxananın Elektron informasiya xidməti və KAA (kitabxanalararası abonement) şöbəsi oxuculara təqdim etdiyi virtual xidmət vasitəsilə rayon və şəhər mərkəzləşdirilmiş kitabxana sistemlərinin (MKS) fondunda olmayan ayrı-ayrı kitablardan (bədii ədəbiyyat istisna olmaqla) müəyyən hissənin, fəslin, dövri və ardı davam edən nəşrlərdə, elmi əsərlərdə, məcmuələrdə dərc olunmuş məqalələrin elektron versiyasının yerlərə çatdırılmasını həyata keçirir.
AMK-dan bildirilib ki, sifarişlər üçün "orders@anl.az" elektron ünvanına müraciət edilməlidir, eyni zamanda xidmət ödənişsizdir:
"Saytımızda oxuculara məsafədən sifariş (virtual) xidməti təklif edilir. Kitabxananın üzvü olan hər bir oxucu bu bölməyə daxil olmaqla kitabxanaya gəlmədən, iş və ya yaşayış yerindən ayrılmadan internet vasitəsilə kitab, jurnal və qəzet sifariş verə bilər. Həmçinin Milli Kitabxananın 2-ci mərtəbəsində (oxu zalının nəzdində) acılan Elektron İnformasiya xidməti və KAA şöbəsində virtual sifariş, elektron kitabxana, elektron kataloq, internet xidmətindən istifadə edə bilərsiniz. Milli Kitabxanada olmayan kitabların, dissertasiyaların Rusiya Dövlət Kitabxanasından elektron variantını da sifariş vermək mümkündür. Bu sifariş pulludur".
AMK-da, eyni zamanda qanunvericilik üzrə onlayn məlumat bazası da yaradılıb:
"Milli Kitabxananın Humanitar elmlər zalında (III mərtəbə) Azərbaycan və rus dillərində Azərbaycan Respublikasının qanunvericiliyi üzrə onlayn məlumat bazası təqdim olunur.
Bu bazanı "www.qanun.info" – (Azərbaycan dilində) və "http://www.consulting.minimax.az " – (rus dilində) internet səhifəsinə daxil olmaqla əldə etmək olar".
Həqiqət İSABALAYEVA
Azərbaycan Milli Kitabxanası öz elektron fondunu genişləndirir
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası (AMK) öz elektron fondunu genişləndirmək məqsədilə elektron kitabxananın xarici elektron informasiya bazaları ilə komplektləşməsini həyata keçirir.Bu istiqamətdə AMK zəngin axtarış imkanlarına malik, dünyanın və Rusiyanın aparıcı "elibrary.ru" elektron elmi kitabxanasının rusdilli informasiya ehtiyatlarına abunə olub. "elibrary.ru" platformasında Rusiyanın universal xarakterli (müxtəlif elm sahələrinə dair) elmi jurnallarının elektron versiyalarının tam mətnlərindən oxucuların istifadəsi məqsədi ilə Oxuculara xidmət şöbəsinin elmi zallarında – "Dövri mətbuat", "Humanitar", "Dəqiq və texniki elmlər" zallarında, "Lokal şəbəkədən istifadə" üzrə oxu zalında olan kompüterlərə yüklənərək oxucuların istifadəsinə verilib.
Bundan başqa, Milli Kitabxananın Elektron informasiya xidməti və KAA (kitabxanalararası abonement) şöbəsi oxuculara təqdim etdiyi virtual xidmət vasitəsilə rayon və şəhər mərkəzləşdirilmiş kitabxana sistemlərinin (MKS) fondunda olmayan ayrı-ayrı kitablardan (bədii ədəbiyyat istisna olmaqla) müəyyən hissənin, fəslin, dövri və ardı davam edən nəşrlərdə, elmi əsərlərdə, məcmuələrdə dərc olunmuş məqalələrin elektron versiyasının yerlərə çatdırılmasını həyata keçirir.
AMK-dan bildirilib ki, sifarişlər üçün "orders@anl.az" elektron ünvanına müraciət edilməlidir, eyni zamanda xidmət ödənişsizdir:
"Saytımızda oxuculara məsafədən sifariş (virtual) xidməti təklif edilir. Kitabxananın üzvü olan hər bir oxucu bu bölməyə daxil olmaqla kitabxanaya gəlmədən, iş və ya yaşayış yerindən ayrılmadan internet vasitəsilə kitab, jurnal və qəzet sifariş verə bilər. Həmçinin Milli Kitabxananın 2-ci mərtəbəsində (oxu zalının nəzdində) acılan Elektron İnformasiya xidməti və KAA şöbəsində virtual sifariş, elektron kitabxana, elektron kataloq, internet xidmətindən istifadə edə bilərsiniz. Milli Kitabxanada olmayan kitabların, dissertasiyaların Rusiya Dövlət Kitabxanasından elektron variantını da sifariş vermək mümkündür. Bu sifariş pulludur".
AMK-da, eyni zamanda qanunvericilik üzrə onlayn məlumat bazası da yaradılıb:
"Milli Kitabxananın Humanitar elmlər zalında (III mərtəbə) Azərbaycan və rus dillərində Azərbaycan Respublikasının qanunvericiliyi üzrə onlayn məlumat bazası təqdim olunur.
Bu bazanı "www.qanun.info" – (Azərbaycan dilində) və "http://www.consulting.minimax.az " – (rus dilində) internet səhifəsinə daxil olmaqla əldə etmək olar".
Həqiqət İSABALAYEVA
Baxış sayı: 695
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır