12px13px15px17px
Tarix:13/04/15

Dörd ən yaxşı cib kompüteri (FOTOLAR)

Smartfonlar cib kompüterlərini çox sıxışdırıblar, amma sonuncu  əvvəlki kimi mövcuddur.
 
 
 
"Intel Compute Stick"







 
Bu qurğu görünüşcə fləş karta oxşasa da, "Intel Compute Stick" qurğusu "Intel Atom Bay Trail" prosessoru ilə işləyən fərdi kompüterdir. "HDMI" konnektor vasitəsi ilə cihazı televizor və monitora qoşmaq mümkündür.
 
Qurğunun ölçüsünün kiçik olmasına baxmayaraq, hətta "USB" port var.
 
Əməliyyat sistemindən asılı olaraq kompüterə "Intel" prosessorundan başqa 1 və ya 2 QB əməli, 8 və ya 32 QB daxili yaddaş ("MicroSD" yaddaş kartının köməyi ilə artırmaq olar), həmçinin "Wi-Fi" və "Bluetooth" modulları quraşdırılıb. Yaddaşı az olan versiyalara "Linux" əməliyyat sistemi, yaddaşı çox olan versiyalar isə "Windows 8.1" platforması quraşdırılır. "Linux" versiya 110 dollara, "Windows" versiya isə 150 dollara satılır.
 
 
 
 
 
"Intel Edison"
 





 



"Edison" kompüteri "Intel" şirkətinin daha bir həllidir. Əslində bu, müxtəlif "ağıllı" qurğulara quraşdırılma üçün nəzərdə tutulmuş eksperimental məhsuldur. Yəni bu qurğunun bazasında daha mürəkkəb kompüterlər yaratmaq mümkündür.
 
İkinci nəsil "Intel Edison" kompüterində, həmçinin "Atom" prosessorundan istifadə olunur. Qurğunun əməli yaddaşının tutumu 1 QB, daxili yaddaş isə 4 QB-dır. Kiçikölçülü "Edison" kompüterinə, həmçinin "Wi-Fi", "Bluetooth" modulları və "USB" kontrolleri quraşdırılıb. "Edison" kompüteri "Linux" platforması ilə işləyir.
 
 
 
"Raspberry Pi"



 
Kredit kartı ölçüsündə kompüterin qiyməti 20-35 dollar arasında dəyişir. Bu qurğunu həm kompüter kimi istifadə etmək mümkündür, həm də onun əsasında mürəkkəb qurğular hazırlana bilər.
 
"Raspberry Pi" kompüteri çox vaxt radio ilə idarə olunan modellərin hazırlanmasında istifadə olunur: 45 qram çəkisində olan yüngül modulu,  məsələn, pilotsuz uçuş aparatları və təyyarələrdə yerləşdirmək mümkündür. Kompüter "ARM 11" (birinci nəsil) və ya "ARM 7" (ikinci nəsil) mobil çipsetləri ilə təchiz edilib.
 
"Raspberry Pi" kompüteri "Linux"un müxtəlif distributivləri ilə işləyir, ancaq "Windows 10" ƏS-nin elanından sonra sözügedən kompüterin yaradıcısı bildirib ki, ikinci nəslə "Microsoft"un əməliyyat sistemi quraşdırılacaq.
 
 
 
 
"Asus Chromebit"




 



"Google" şirkəti "Chrome OS" "bulud" platforması əsasında işləyən "Chromebit" mini-kompüterini təqdim edib. Cihaz "HDMI" portu vasitəsilə televizor, monitor və ya proyektora qoşula bilir.
 
"Google" ilə bir neçə layihə üzərində işləmiş "Asus" şirkəti "Chromebit" istehsalı ilə məşğul olur. Brelok formasında hazırlanmış fərdi kompüter əvvəldən maksimal dərəcədə yığcam hazırlanıb.
 
Yeni cihazın çəkisi təxminən 90 qramdır, "HDMI" konnektor və "USB" porta malikdir. Qurğu dördnüvəli "Rockchip 3288 ARCM" prosessoru, "Mali 760" qrafikası, 2 QB əməli yaddaş, 16 QB-lıq fləş yaddaş, "Wi-Fi 801.11ac" və "Bluetooth" modulları ilə təchiz edilib.
 
Üç rəng tərtibatında hazırlanacaq "Chromebit" mini-kompüteri cari ilin yayında çıxarılacaq. Qurğunun dəyəri açıqlanmayıb.
 
Emil Hüseynov



Baxış sayı: 749

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024