Tarix:13/04/15
Analitiklərin 2014-cü il üçün olan məlumatına görə, bazar payı müvafiq olaraq 28,2 və 15,2 faiz təşkil edən "Samsung Electronics” və “LG Electronics” nəhəng “ağıllı” televizor istehsalçılarıdır. İki Cənubi Koreya şirkəti bazarın 43,4 faizinə nəzarət edir. Liderlər üçlüyünə 7,6 faizlik göstərici ilə Yaponiyanın “Sony” şirkəti də daxildir. Sonrakı yerlərdə "Smart TV” sinfində hər birinin payı 6,7 faizə bərabər olan Çinin “HiSense Electric” və “Skyworth Group” qərarlaşıb.
Ekspertlərin proqnozuna görə, 2015-ci ildə dünyada 97 milyon “ağıllı” televizor buraxılacaq ki, bu da bazarın ümumi həcminin 41,2 faizi deməkdir.
Televizor bazarında 29,2 faiz payla "Samsung” liderdir. 2014-cü ildə qeydə alınan bu göstərici Cənubi Koreya istehsalçısı üçün rekord göstərici olub. Müxtəlif modelli televizorların satışı üzrə ikinci yerdə “LG” (16,7 faiz), üçüncüdə “Sony” (7,9 faiz) yer alıb. Çinin “HiSense” (5,5 faiz) və “TCL” (4,6 faiz) şirkətləri liderlər beşliyini tamamlayır.
Yüksək təsvir ölçülü televizorlar seqmentində (Ultra HD, 4K) birincilik ötənilki 34,7 faizlik payla “Samsung”a məxsusdur. “Samsung”un ən yaxın izləyiciləri “LG” (14,3 faiz) və “Sony” (10 faiz) şirkətləridir. “HiSense” və “Skyworth” istehsalçılarında bu göstərici müvafiq olaraq 8,2 və 6,3 faizdir.
“Display Search” analitiklərinin proqnozuna görə, 2018-ci ilədək “4K” modellərinin qlobal televizor bazarında payı 30 faizi ötəcək, - "DailyComm” yazır.
Cənubi Koreya şirkətləri dünya "Smart TV” bazarının 43 faizinə nəzarət edir
“Display Search” analitik şirkəti dünya televizorlar bazarının həcminə yekun vuraraq Cənubi Koreya istehsalçılarının lider olmasını açıqlayıb. Bu, əksər məhsul kateqoriyalarına, o cümlədən “ağıllı” televizorlara (Smart TV) aiddir.Analitiklərin 2014-cü il üçün olan məlumatına görə, bazar payı müvafiq olaraq 28,2 və 15,2 faiz təşkil edən "Samsung Electronics” və “LG Electronics” nəhəng “ağıllı” televizor istehsalçılarıdır. İki Cənubi Koreya şirkəti bazarın 43,4 faizinə nəzarət edir. Liderlər üçlüyünə 7,6 faizlik göstərici ilə Yaponiyanın “Sony” şirkəti də daxildir. Sonrakı yerlərdə "Smart TV” sinfində hər birinin payı 6,7 faizə bərabər olan Çinin “HiSense Electric” və “Skyworth Group” qərarlaşıb.
Ekspertlərin proqnozuna görə, 2015-ci ildə dünyada 97 milyon “ağıllı” televizor buraxılacaq ki, bu da bazarın ümumi həcminin 41,2 faizi deməkdir.
Televizor bazarında 29,2 faiz payla "Samsung” liderdir. 2014-cü ildə qeydə alınan bu göstərici Cənubi Koreya istehsalçısı üçün rekord göstərici olub. Müxtəlif modelli televizorların satışı üzrə ikinci yerdə “LG” (16,7 faiz), üçüncüdə “Sony” (7,9 faiz) yer alıb. Çinin “HiSense” (5,5 faiz) və “TCL” (4,6 faiz) şirkətləri liderlər beşliyini tamamlayır.
Yüksək təsvir ölçülü televizorlar seqmentində (Ultra HD, 4K) birincilik ötənilki 34,7 faizlik payla “Samsung”a məxsusdur. “Samsung”un ən yaxın izləyiciləri “LG” (14,3 faiz) və “Sony” (10 faiz) şirkətləridir. “HiSense” və “Skyworth” istehsalçılarında bu göstərici müvafiq olaraq 8,2 və 6,3 faizdir.
“Display Search” analitiklərinin proqnozuna görə, 2018-ci ilədək “4K” modellərinin qlobal televizor bazarında payı 30 faizi ötəcək, - "DailyComm” yazır.
Baxış sayı: 577
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır