Tarix:13/04/15
Aprelin 15-dək davam edəcək səfər çərçivəsində V.Babayev MTI Vençur Kapital Fondu və onun təsis etdiyi "Transtech Capital" şirkətinin rəhbərliyi ilə görüşlər keçirəcək.
Azərbaycanlı alim London, Oksford, Kembric və Mançester şəhərlərində texnologiyaların kommersiyalaşdırılması və innovasiya fəaliyyətinin gücləndirilməsi istiqamətində şirkətin təcrübəsi və əldə etdiyi nailiyyətləri ilə tanış olacaq. AMEA-da bu istiqamətdə görüləcək işlərin sürətləndirilməsi məqsədilə əməkdaşlıq imkanları müzakirə ediləcək.
16-17 aprel 2015-ci il tarixlərində isə V.Babayev Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək "Mərkəzi və Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində üzvi sektorların inkişafı" mövzusunda V Beynəlxalq konfransda iştirak edəcək. Tədbirin "Üzvi fermer təsərrüfatının dayanıqlı iqtisadi inkişafa töhfələri" adlı sessiyasında V.Babayev "Azərbaycanda üzvi kənd təsərrüfatı hərəkatı yaşıl iqtisadiyyat strategiyasının əsas komponenti kimi" mövzusunda məruzə ilə çıxış edəcək.
Daha sonra V.Babayev Macarıstanın paytaxtı Budapeşt şəhərinə səfər edərək, 20-21 aprel 2015-ci il tarixlərində keçiriləcək "Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiya"nın V iclasında iştirak edəcək.
İclasda AMEA ilə macar tərəfdaşlarla innovasiya yönümlü layihələrə dair başladılmış proseslərin gücləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində müvafiq qurumlarla danışıqlar aparılacaq.
Həqiqət İSABALAYEVA
AMEA ilə macar tərəfdaşlarla innovasiya yönümlü layihələrə dair başladılmış proseslərin gücləndirilməsi üzrə danışıqlar aparılacaq
AMEA innovasiya fəaliyyəti üzrə beynəlxalq əməkdaşlığı davam etdirir. Akademiyadan bildirilib ki, AMEA Rəyasət Heyəti Aparatının İnnovasiya şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev Böyük Britaniyada ezamiyyətdədir.Aprelin 15-dək davam edəcək səfər çərçivəsində V.Babayev MTI Vençur Kapital Fondu və onun təsis etdiyi "Transtech Capital" şirkətinin rəhbərliyi ilə görüşlər keçirəcək.
Azərbaycanlı alim London, Oksford, Kembric və Mançester şəhərlərində texnologiyaların kommersiyalaşdırılması və innovasiya fəaliyyətinin gücləndirilməsi istiqamətində şirkətin təcrübəsi və əldə etdiyi nailiyyətləri ilə tanış olacaq. AMEA-da bu istiqamətdə görüləcək işlərin sürətləndirilməsi məqsədilə əməkdaşlıq imkanları müzakirə ediləcək.
16-17 aprel 2015-ci il tarixlərində isə V.Babayev Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək "Mərkəzi və Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində üzvi sektorların inkişafı" mövzusunda V Beynəlxalq konfransda iştirak edəcək. Tədbirin "Üzvi fermer təsərrüfatının dayanıqlı iqtisadi inkişafa töhfələri" adlı sessiyasında V.Babayev "Azərbaycanda üzvi kənd təsərrüfatı hərəkatı yaşıl iqtisadiyyat strategiyasının əsas komponenti kimi" mövzusunda məruzə ilə çıxış edəcək.
Daha sonra V.Babayev Macarıstanın paytaxtı Budapeşt şəhərinə səfər edərək, 20-21 aprel 2015-ci il tarixlərində keçiriləcək "Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiya"nın V iclasında iştirak edəcək.
İclasda AMEA ilə macar tərəfdaşlarla innovasiya yönümlü layihələrə dair başladılmış proseslərin gücləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində müvafiq qurumlarla danışıqlar aparılacaq.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 575
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır