Tarix:14/04/15
Cari ilin mart ayında “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 104903 ədəd, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 22725 ədəd istifadə sayı qeydə alınıb.
Habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ötən ay “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 8265 ədəd təşkil edib. Hər üç xidmət “Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan elektron xidmətlər siyahısında ilk yerləri tutur.
Ümumilikdə ƏƏSMN-in “Elektron hökumət” portalı üzərindən təqdim olunan bütün e-xidmətləri üzrə istifadə sayı 138080 ədəd olmaqla bu portal üzərindən 42 qurum tərəfindən 280 növdə göstərilən e-xidmətlərdən cəmi istifadə sayının (658481 ədəd) 20,9%-ni təşkil edib.
Nazirlikdən bildirilib ki, ötən ilin ortalarında istifadəyə verilən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti əmək münasibətlərinin elektron müstəvidə qeydiyyata alınmasına xidmət edir. Ən çox istifadə olunan e-xidmətlər sırasında daim birinciliyi ilə seçilən bu xidmətin istifadəyə verilməsi əmək münasibətləri barədə dolğun elektron məlumat bazasının formalaşmasına imkan yaradıb:
“Bu isə ƏƏSMN tərəfindən hazırda vətəndaşların daha çox istifadə etdiyi xidmətlərdən olan “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “İş yerinə dair arayış” e-xidmətlərinin də yaradılaraq istifadəsinə verilməsini şərtləndirib”.
Həqiqət İSABALAYEVA
Əmək münasibətləri barədə dolğun elektron məlumat bazası formalaşır

Baxış sayı: 702
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır