12px13px15px17px
Tarix:08/06/11

Artıq 15 rayon 3G-nin əhatə dairəsinə qatılıb

Azərbaycanın mobil rabitə operatoru "Azərfon" MMC 3G şəbəkəsini genişləndirməkdə davam edir. Bu barədə şirkətin korporativ əlaqələr üzrə meneceri Elşad Fərzəliyev bildirib. Fərzəliyevin sözlərinə görə, yay fəslinin gəlməsi ilə əlaqədar olaraq istirahət mərkəzlərində bu xidmətin yüksək səviyyədə tətbiqi diqqət mərkəzindədir.
Hazırda bu xidmət respublikanın müxtəlif bölgələrini əhatə etməklə 15 rayonda tətbiq olunub. “Nabran” istirahət zonasında da bu xidmətin təşkil edildiyini bildirən E.Fərzəliyev 3G avadanlığının quraşdırılmasının abunəçilərə ənənəvi səs xidmətləri ilə yanaşı, məlumatların yüksək sürətlə ötürülməsi, mobil televiziya, videozənglər və digər rabitə xidmətlərini göstərməyə imkan yaradacağını söyləyib.
3G mobil rabitə şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsi ilə xarakterizə olunur. 3G-də yüksək sürət 7,2 Mbit/s-a çatır ki, bu da internetə sürətli giriş, elektron ünvan və əlavə edilmiş fayllarla işləmək rahatlığını təmin edir.
Hazırda şirkətin gələcək planlarında bütün respublika üzrə 3G-nin genişlənməsi nəzərdə tutulur.



Baxış sayı: 1195

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024