12px13px15px17px
Tarix:15/04/15

Data Mərkəzin texniki göstəriciləri açıqlanıb

Ölkədə tikilməkdə olan və yaxın zamanlarda istifadəyə verilməsi planlaşdırılan Data Mərkəzin bir sıra texniki göstəriciləri açıqlanıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə  RYTN-in Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin texniki direktoru Məzahim Quliyev jurnalistlərə açıqlama verib. Sözügedən Data Mərkəzin (DM) texniki imkanları çox genişdir və mərkəz təkcə ölkə daxilində deyil, eləcə də sərhədləri aşaraq region dövlətlərinə də öz xidmətlərini təklif etməyə qadirdir.  DM-in həm yerli, həm də xarici İKT şirkətləri üçün açıq olacağını vurğulayan M.Quliyev qeyd edib ki, ilkin mərhələdə mərkəzdə rəflərin sayı 200 olacaq. Onun sözlərinə görə, məlumatların saxlama həcmi 30 petabayt, ötürülmə sürəti isə 10-100 GE təşkil edəcək.
 
 
M.Quliyev bildirib ki, Data Mərkəz Azərbaycanda ilk dəfə olaraq “Tier III” səviyyəli regional platforma olaraq cəmiyyətə təqdim olunacaq. Texniki direktor əlavə olaraq qeyd edib ki, quraşdırma işləri başa çatdıqdan sonra sertifikatlaşdıma mərhələsinə başlanılacaq.
 
“ABŞ-ın “Uptime” İnstitutunun nümayəndələri sertifikatlaşdırma mərhələsini yerinə yetirdikdən sonra artıq Data Mərkəz istismara veriləcək. İnstitutun nümayəndələri may ayında Data Mərkəzi sınaqdan keçirəcəklər. Müvafiq sertifikat verildikdən sonra mərkəzin iyun ayında istismara verilməsi gözlənilir” – deyə M.Quliyev nitqinə əlavə edib. 
 
 
SEYMUR



Baxış sayı: 624

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024