Ölkə başçısı Rusiyanın Tatarıstan Respublikasının Prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Tatarıstana səfərini və Kazan şəhərinin onda böyük təəssürat yaratdığını məmnunluqla xatırladığını dedi. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası və onun subyektləri arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin bu münasibətlərin daha da genişləndirilməsi baxımından önəmini qeyd edib. Dövlətimizin başçısı əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən ticarət, sərmayə qoyuluşu, birgə layihələrin icrası və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
Prezident Rüstəm Minnixanov Azərbaycana səfərindən ötən dövr ərzində ölkəmizdə gedən böyük inkişaf proseslərinin, xüsusilə Bakı şəhərinin abadlaşdırılması və yenidən qurulması istiqamətində aparılan işlərin onda və nümayəndə heyətində dərin təəssürat yaratdığını deyib. O, əldə olunan yüksək nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik edib. Böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini vurğulayan Tatarıstan Prezidenti nümayəndə heyətinin azərbaycanlı həmkarları ilə artıq bir sıra səmərəli görüşlər keçirdiklərini vurğulayıb. Rüstəm Minnixanov Azərbaycanda yaşayan tatar icması ilə keçirdiyi görüş zamanı icma üzvlərinin ölkəmizdə bərqərar olmuş tolerant mühitin onların firavan yaşamaları üçün hər cür şəraitin yaratdığını bildirdiklərini deyib.
Görüşdə maşınqayırma, neft maşınqayırması, Gəncədə avtomobilyığma, neft-kimya, informasiya texnologiyaları, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Baxış sayı: 566
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır