Tarix:15/04/15
Təşkilat Komitəsindən verilən məlumata görə, müsabiqənin qalibləri milli İnternetin tarixinə düşəcək, öz layihələrinə diqqət cəlb edəcəklər.
“Həmçinin “NETTY 2015” partnyorları müsabiqənin qaliblərinə müəyyən hədiyyələr təqdim edəcək. Ölkənin aparıcı kabel və internet operatoru KATV1 partnyorluq çərçivəsində müsabiqənin bütün qaliblərinə operatordan İnternet televiziyasına baxmaq üçün ən yeni resiverlər hədiyyə veriləcək və şirkətin xidmətlərinə qoşulmaq imkanı təqdim ediləcək. Bundan başqa, domen qeydiyyatçısı və hostinq-provayder “smarthost.az” mükafatın hər bir qalibinə pulsuz olaraq hostinq-paket və “AZ” zonasında domenin qeydiyyatını hədiyyə edəcək. Eyni zamanda, müsabiqənin bütün qalibləri mükafatın informasiya partnyoru olan “Infocity” jurnalından pulsuz illik abunə qazanacaqlar”-deyə Təşkilat Komitəsindən məlumat verilib.
Xatırladaq ki, final mərasimində iştirak etmək üçün mükafatın bütün nominantları dəvət olunacaqlar. Hər nominasiya üzrə qalib Akademiya tərəfindən müəyyən olunacaq və mükafatlandırma mərasimində elan olunacaq.
Cari ildə müsabiqə Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm nazirliklərinin hərtərəfli dəstəyi ilə keçirilir. Müsabiqənin baş partnyoru KATV1, partnyorları “Tabasko Branding Bureau”, “BakuTel” sərgisi, “SmartHost” şirkətidir.
“NETTY” Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. “NETTY” - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır.
“NETTY 2015” mükafatında iştirak üçün ərizələrin qəbulu yekunlaşır
“NETTY 2015” mükafatında iştirak üçün ərizələrin qəbulu yekunlaşır. Müsabiqədə iştirak üçün ərizələrin qəbuluna bir həftə qalıb. Belə ki, ərizələrin qəbulu aprelin 24-dək mümkün olacaq. Aprelin 25-dən sonra nominantların seçimi başlayır. Məlumat üçün bildirək ki, yalnız Ekspert Şurasının nümayəndələri və səsvermədən əvvəl “Virtual Jüri” qismində qeydiyyatdan keçmiş şəxslər müsabiqədə saytlar üzrə səs verə bilərlər.Təşkilat Komitəsindən verilən məlumata görə, müsabiqənin qalibləri milli İnternetin tarixinə düşəcək, öz layihələrinə diqqət cəlb edəcəklər.
“Həmçinin “NETTY 2015” partnyorları müsabiqənin qaliblərinə müəyyən hədiyyələr təqdim edəcək. Ölkənin aparıcı kabel və internet operatoru KATV1 partnyorluq çərçivəsində müsabiqənin bütün qaliblərinə operatordan İnternet televiziyasına baxmaq üçün ən yeni resiverlər hədiyyə veriləcək və şirkətin xidmətlərinə qoşulmaq imkanı təqdim ediləcək. Bundan başqa, domen qeydiyyatçısı və hostinq-provayder “smarthost.az” mükafatın hər bir qalibinə pulsuz olaraq hostinq-paket və “AZ” zonasında domenin qeydiyyatını hədiyyə edəcək. Eyni zamanda, müsabiqənin bütün qalibləri mükafatın informasiya partnyoru olan “Infocity” jurnalından pulsuz illik abunə qazanacaqlar”-deyə Təşkilat Komitəsindən məlumat verilib.
Xatırladaq ki, final mərasimində iştirak etmək üçün mükafatın bütün nominantları dəvət olunacaqlar. Hər nominasiya üzrə qalib Akademiya tərəfindən müəyyən olunacaq və mükafatlandırma mərasimində elan olunacaq.
Cari ildə müsabiqə Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm nazirliklərinin hərtərəfli dəstəyi ilə keçirilir. Müsabiqənin baş partnyoru KATV1, partnyorları “Tabasko Branding Bureau”, “BakuTel” sərgisi, “SmartHost” şirkətidir.
“NETTY” Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. “NETTY” - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır.
Baxış sayı: 715
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib