Tarix:15/04/15
Treninqlər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun dəstəyi ilə, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Azərbaycan Dövlət Neft Akademiyası və Gəncə Dövlət Universitetinin nümayəndələri üçün keçirilir.
Tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov rəhbərlik etdiyi universitetin bu sahədəki uğurlarından söz açıb, treninqlərin Elmin İnkişaf Fondunun layihəsi əsasında ukraynalı alimlərlə birgə keçirildiyini bildirib.
Rektor Azərbaycan elminin dünyada daha geniş təmsil olunması və rəqabətə davamlılığın artırılması üçün yeni layihələrin hazırlanması və müxtəlif müsabiqələrə təqdim edilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, “Texnologiyaların ötürülməsinin əsasları” mövzusunda treninqlərinin keçirilməsi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə zəmin yaradacaq.
Ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açan H.Məmmədov bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri xüsusi qeyd edib.
Elmin İnkişaf Fondunun (EİF) icraçı direktoru Elçin Babayev bu cür treninqlərin ölkə alimləri üçün vacib olduğunu söyləyib, təlimlərdə bölgələrdən olan mütəxəssislərin də iştirakının əhəmiyyətini qeyd edib. EİF-in layihələri barədə məlumat verən icraçı direktor iştirakçıları fondun layihələrinə qatılmağa, əldə olunan bilikləri layihə şəklində formalaşdırmağa, ölkə iqtisadiyyatı üçün mühüm və dəyərli yeni layihələr hazırlamağa dəvət edib. Treninqlərə xarici ölkədən alimlərin dəvət olunduğunu bildirən E.Babayev bu cür təlimlərdə mənimsənilən biliklərin tətbiqinin əhəmiyyətindən söz açıb.
EİF-in icraçı direktoru ölkədə innovativ iqtisadiyyatın yaradılması məqsədi ilə elm və istehsalat arasındakı əlaqələrin gücləndirilməsi, tətbiqi elmi araşdırmaların bazarın tələbatına uyğun aparılması üçün zəruri mexanizmlərin yaradılmasının vacibliyini vurğulayıb. O, texnologiyaların elmi əsaslarla öyrənilməsi məqsədilə yüksək səviyyəli mütəxəssislərin hazırlanmasında bu cür təlimlərin önəmli olduğunu söyləyib və qısa müddətdə bu sahədə uğurların qazanılacağına əminliyini bildirib. AzTU-da bu istiqamətdə ilk addımların atıldığı xüsusi qeyd edilib.
Ukrayna Milli Texniki Universitetinin (UMTU) professoru Pavel Tsibulov müəssisələrin modernləşdirilməsi, istehsalat proseslərinin avtomatlaşdırılması, tullantısız istehsal sahələrinin yaradılması, nanotexnologiyaların tətbiqi və həyata keçirilməsi üçün yeni layihələrin hazırlanması barədə məlumat verib, texnologiyaların ötürülməsinin əsaslarından danışıb. Qonaq bu sahədə UMTU-da görülən işləri də diqqətə çatdırıb.
Tədbirdə digər çıxış edənlər də treninqlərin əhəmiyyətindən danışıb, texnologiyanın ötürülməsinin əsasları ilə bağlı fikir və mülahizələrini bildiriblər.
Aprelin 18-dək davam edəcək treninqlərdə yekun qiymətləndirmədən uğurla keçən iştirakçılara beynəlxalq sertifikatlar veriləcək.
“Texnologiyaların ötürülməsinin əsasları” mövzusunda treninqlərə başlanılıb
Aprelin 14-də Azərbaycan Texniki Universitetində (AzTU) “Texnologiyaların ötürülməsinin əsasları” mövzusunda treninqlərin açılış mərasimi olub.Treninqlər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun dəstəyi ilə, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Azərbaycan Dövlət Neft Akademiyası və Gəncə Dövlət Universitetinin nümayəndələri üçün keçirilir.
Tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov rəhbərlik etdiyi universitetin bu sahədəki uğurlarından söz açıb, treninqlərin Elmin İnkişaf Fondunun layihəsi əsasında ukraynalı alimlərlə birgə keçirildiyini bildirib.
Rektor Azərbaycan elminin dünyada daha geniş təmsil olunması və rəqabətə davamlılığın artırılması üçün yeni layihələrin hazırlanması və müxtəlif müsabiqələrə təqdim edilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, “Texnologiyaların ötürülməsinin əsasları” mövzusunda treninqlərinin keçirilməsi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə zəmin yaradacaq.
Ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açan H.Məmmədov bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri xüsusi qeyd edib.
Elmin İnkişaf Fondunun (EİF) icraçı direktoru Elçin Babayev bu cür treninqlərin ölkə alimləri üçün vacib olduğunu söyləyib, təlimlərdə bölgələrdən olan mütəxəssislərin də iştirakının əhəmiyyətini qeyd edib. EİF-in layihələri barədə məlumat verən icraçı direktor iştirakçıları fondun layihələrinə qatılmağa, əldə olunan bilikləri layihə şəklində formalaşdırmağa, ölkə iqtisadiyyatı üçün mühüm və dəyərli yeni layihələr hazırlamağa dəvət edib. Treninqlərə xarici ölkədən alimlərin dəvət olunduğunu bildirən E.Babayev bu cür təlimlərdə mənimsənilən biliklərin tətbiqinin əhəmiyyətindən söz açıb.
EİF-in icraçı direktoru ölkədə innovativ iqtisadiyyatın yaradılması məqsədi ilə elm və istehsalat arasındakı əlaqələrin gücləndirilməsi, tətbiqi elmi araşdırmaların bazarın tələbatına uyğun aparılması üçün zəruri mexanizmlərin yaradılmasının vacibliyini vurğulayıb. O, texnologiyaların elmi əsaslarla öyrənilməsi məqsədilə yüksək səviyyəli mütəxəssislərin hazırlanmasında bu cür təlimlərin önəmli olduğunu söyləyib və qısa müddətdə bu sahədə uğurların qazanılacağına əminliyini bildirib. AzTU-da bu istiqamətdə ilk addımların atıldığı xüsusi qeyd edilib.
Ukrayna Milli Texniki Universitetinin (UMTU) professoru Pavel Tsibulov müəssisələrin modernləşdirilməsi, istehsalat proseslərinin avtomatlaşdırılması, tullantısız istehsal sahələrinin yaradılması, nanotexnologiyaların tətbiqi və həyata keçirilməsi üçün yeni layihələrin hazırlanması barədə məlumat verib, texnologiyaların ötürülməsinin əsaslarından danışıb. Qonaq bu sahədə UMTU-da görülən işləri də diqqətə çatdırıb.
Tədbirdə digər çıxış edənlər də treninqlərin əhəmiyyətindən danışıb, texnologiyanın ötürülməsinin əsasları ilə bağlı fikir və mülahizələrini bildiriblər.
Aprelin 18-dək davam edəcək treninqlərdə yekun qiymətləndirmədən uğurla keçən iştirakçılara beynəlxalq sertifikatlar veriləcək.
Baxış sayı: 597
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır