12px13px15px17px
Tarix:15/04/15

Dövlət Komissiyası informasiya texnologiyaları üzrə test proqramlarında dəyişikliklər edib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin test imtahanı mərhələsinə hazırlaşmaq üçün tərtib edilmiş test proqramlarında dəyişikliklər edib.
 
Komissiyadan verilən məlumata görə, ən əsas dəyişiklik nəticəsində dövlət orqanlarının 6 və 7-ci təsnifat inzibati vəzifələri üçün informasiya texnologiyaları üzrə test proqramına “Microsoft Office PowerPoint 2007” proqramı daxil edilib.
 
“Microsoft Office PowerPoint 2007”-nin test proqramına daxil edilməsinə əsas səbəb bu proqramın bütün instansiya dövlət orqanlarında çalışan dövlət qulluqçuları tərəfindən ölkə daxilində və xaricində keçirilən tədbirlərdə təqdimat və çıxışlar zamanı geniş istifadə edilməsi olub.
 
Həmçinin aktuallığı nəzərə alınaraq informasiya texnologiyaları üzrə hər iki test proqramına “Elektron təhlükəsizlik” mövzusu əlavə edilib.
 
CAHANGİR
 



Baxış sayı: 909

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024